Əsas səhifə / Əsas menu / Gözəllik / Sellülit əleyhinə təbii krem
Bizi mobildən daha sürətli  izləyin

Sellülit əleyhinə təbii krem

yurSellülit əleyhinə təbii krem

Dəniz və çimərlik vaxtı yaxınlaşır. Əlbəttə ki, qadınların çoxu sellülitdən xilas olmağın yollarını axtarırlar. Bunun üçün bahalı kremlər almağa ehtiyac yoxdur. Çünki təbiətin möcüzəli bitkilərindən alınan yağlar bu məsələdə çox effektlidir.

Sellülit səhv və yağlı qidalanmadan, hərəkətsizlikdən qaynaqlanır. Az su içmək, qazlı içkilər, şəkərli qidalar, duzlu və yağlı qidalanma sellülit əmələ gəlməsinə səbəb olur. Bu kremlə dərini masaj etdikdə, daha sağlam və hərəkətli həyat tərzinə keçərək sellülitləri tamamilə aradan qaldıra bilərsiniz.

Limon skrabı

Ərzaqlar:

15 ədəd döyülüb, un halına gətirilmiş aspirin
3 ədəd Bephantol dəri baxım kremi (aptekdən ala bilərsiniz)
10 ədəd təzə limon suyu
25 qram badrənc (melissa) yağı
25 qram evkalipt yağı
25 qram ada çayı (əvvəlcədən dəmə qoyulmuş)

Hazırlanması:

Təmiz boşqabda bütün ərzaqları taxta qaşıq ilə yaxşıca qarışdırın. Sellülit olan hissələri əvvəlcə kremsiz masaj edin. Bu, qan dövranını sürətləndirir. Daha sonra bu kremi masaj edərək dəriyə sürtün.

Sellülit əleyhinə rozmarin yağı

Ərzaqlar:

1 çay qaşığı rozmarin yağı
1 çay qaşığı bədən nəmləndirici krem
1çay qaşığı qəhvə qalıqları

Hazırlanması:

Sellülit əleyhinə kremi çəkməzdən əvvəl, duş qəbul edin və sellülit olan bölgələri əlinizlə masaj edin. Əl masaj cihazınız varsa, o daha təsirli olacaq. Sonra ərzaqların hamısını bir qaba töküb qarışdırın. Hazırladığınız sellülit kremini problemli hissələrə masaj edərək çəkin. Masaj ən az 10 dəqiqə davam etməlidir. Daha sonra həmin hissəni streçlə bağlayın və 30 dəqiqə gözləyin. Gün ərzində ən azı 2 litr su için və ayaqları incəldən məşqlər edin. Bu yazılanların hamısına əməl etsəniz, sellülitdən qısa müddətdə xilas olacaqsınız.


Buna da baxın

Ayaqlarınızda görünən damarlar sizdə kompleks yaradır? – Həkim məsləhəti

Whatsapp ilə Paylaş Varikoz və ya variks nədir? Varikoz, venaların genişlənməsi və şişməsinə deyilir. Ayaqların …