Əsas səhifə / Əsas menu / Gözəllik / Sellüliti yox edən möcüzəvi qidalar
Bizi mobildən daha sürətli  izləyin

Sellüliti yox edən möcüzəvi qidalar

sSellüliti yox edən möcüzəvi qidalar

Selülitdən xilas olmağın ən asan və təsirli üsulu orqanizmdə kollagen istehsalını artıran qidalar yeməkdir. Çünki kollogen azaldıqca yağ toxumaları ön plana çıxır. Bu da selllütin yaranmasına gətirib çıxarır.

Bu qidalardan yeyərək bədəninizin kollagen miqdarını artıra və sellülitdən xilas ola bilərsiniz.

Soya

Qadınlıq hormonu estrogen təəssüf ki, bədəndəki kollagen divarını yıxır. Diqqət etsəniz görərsiniz ki, kişilərdə sellülit olmur. Çünki onlarda estrogen hormonun səviyyəsi çox aşağıdır. Soyanın ehtiva etdiyi fitoestrogen isə estrogenin əksinə kollagenin bərpasına kömək edir. Odur ki, həftədə ən az üç dəfə soya yemək lazımdır.

“Bioflavonoid”lər

Toz kakao, qırmızı şərab, üzüm suyu, üzüm çəyirdəyi yağı, üzümün qabığı “bioflavonoid” adlı fermentlə zəngindir. Bu fermentlər kollagen divarının yıxılmasına mane olur.

Eyni zamanda daha çox kollagenin istehsal edilməsinə dəstək olur.

C vitamini

Çox qüvvətli antioksidant olan C vitamini kollagenin çoxalmasını təmin edir. C vitamini ilə zəngin sitrus bitkiləri, həmçinin, çiyələk, brokkoli, gül kələm, yaşıl bibər kimi tərəvəz və meyvələr də kollagen istehsalı üçün əhəmiyyətli rol oynayırlar.

Jelatin

Jelatin xüsusilə 3 amin turşusu baxımından çox zəngindir. Bunlar “prolin”, “hidroksiprolin” və “qlisin” adlandırılan amin turşularıdır. Bu amin turşuları kollagen istehsalını artırır. Hidrolizə edilmiş jelatin hazır şəkildə satılır, apteklərdə tapmaq olar.

Karbohidratı azaldın

Məlumdur ki, sellülit artıq yağdan yaranır.

Bədəndə yağ toplamasının qarşısını almağın ən asan üsulu isə insulin hormonun nizamlanmasıdır. Bunun üçün gündəlik olaraq qəbul etdiyiniz karbohidrat miqdarını – un məmulatlarını, şəkərli qidaları azaldın.

Tam buğdadan hazırlanmış çörək yeyin. Bol-bol meyvə və tərəvəz yeyin. Zülalla zəngin qidalara üstünlük verin.

Bədəndəki artıq yağları əritmək üçün gündə 1 stəkan tünd, sadə qəhvə və 3 stəkan yaşıl çay içmək lazımdır.


Buna da baxın

Gözəllik, sağlıq və uşaqlarınız üçün soda

Whatsapp ilə Paylaş Arıqlamaq üçün, saçlarınız, dişləriniz, tər probleminiz, mədə probleminiz, burun tıxanıqlığı üçün, körpənizin …