Əsas səhifə / Əsas menu / Gözəllik / Sellülitin düşməni – Kələm
Bizi mobildən daha sürətli  izləyin

Sellülitin düşməni – Kələm

uiSellülitin düşməni – Kələm

Bu günə qədər kələmin dəriyə, sümüklərə, göz sağlamlığına, əzələ ağrılarına, vitamin çatışmazlığına yaxşı təsir etdiyini yəqin ki, eşitmisiniz.

Ancaq bu tərəvəz həm də gözəlliyin qayğısına qalmağa kömək edir. Qədim zamanlardan bəri kələmdən sellülit əleyhinə istifadə edilib. Odur ki, bədəninizdəki sellülit problemini həll edə, çimərlik mövsümünə sellülitsiz girməyinizi təmin edə bilərsiniz.

Düzdür, onun qoxusu biraz narahatedicidir. Ancaq 21 gündə əldə edəcəyiniz nəticə hər şeyə dəyəcək.

Əvvəlcə, kələmin 4-5 sağlam, ağ rəngli yarpağını seçin. Yarım litr qaynayan suyun içərisinə atıb 15 dəqiqə bişirin. Bu suyu səhər və axşam olmaqla gündə iki dəfə, 1 stəkan içməlisiniz.

21 gündən sonra nəticəyə inana bilməyəcəksiniz. Bədəninizin harasında olmasından asılı olmayaraq, bütün sellülitlər azalacaq və ya yox olacaq. Üstəlik, bədəniniz daha biçimli görünəcək.

Müalicə 21 gündə başa çatır. Ancaq bu təsirin qalıcı olması üçün 1 ay kələm suyunu 3 gün fasiləylə içməyə davam edin. Yəni, 3 gün için, 3 gün fasilə verin. Əgər artıq içə bilmədiyinizi hiss etsəniz, həftədə bir dəfəyə kimi azalda bilərsiniz.


Buna da baxın

Makiyaj zamanı göz sağlamlığınıza diqqət edin

Whatsapp ilə Paylaş Makiyajla gözəlləşmək qədər makiyajı təmizləmək də son dərəcə əhəmiyyətldir. Xüsusilə keyfiyyətsiz makiyaj …