Əsas səhifə / Əsas menu / Gözəllik / Selülitə qarşı aspirinli formul
Bizi mobildən daha sürətli  izləyin

Selülitə qarşı aspirinli formul

selületə qarşı aspirinli formul

 

Ağrınız olduğunda müraciət etdiyiniz aspirini dəri baxımınızda da istifadə edə bilərsiniz. Aspirinlə hazırlayacağınız  bu formul , çox qadının problemi olan portağal qabığı görünüşüylə mübarizəsinə  köməkçi olacaq.

Təbii ki qidalarınıza diqqət etmədən bu maskanı tətbiq etməyiniz fayda verməyə bilər. Amma selülit əleyhinə etməli olduğunuz qaydalara riayət etməklə yanaşı, həm də bu formulu istifadə edərsəniz, nəticə mükəmməl olacaqdır.  Ona görə əvvəl sağlam bir qidalanma proqramı, sonra isə  selülitə qarşı məşq əsas  şərtdir … Bunlardan sonra qadinklubu.com-un təklif  etdiyi aspirinli maska vasitəsilə selületlərinizdən xilas olmaq asanlaşacaqdır.

Tərkibi:

10 ədəd limonun suyu

Limon suyu ölçüsü qədər susam yağı

20 ədəd aspirin

Hazırlanması və tətbiqi:

Əvvəlcə limonlarınızı sıxaraq suyunu təmiz bir qabın içərisinə qoyun. Susam yağını da içərisinə əlavə edib qarışdırdıqdan sonra aspirini əlavə edin və yaxşıca əzin.

Hazırlamış olduğunuz bu qarışığı bədəninizin selülit problemi olan bölgələrinə yumru hərəkətlərlə masaj edərək tətbiq edin. Təxminən 10 dəqiqə gözləyin, sonra ilıq suyla təmizləyin.

Bu düsturu həftədə 2 dəfə nizamlı olaraq tətbiq edin.

Buna da baxın

Çillərindən xilas olmaq istəyənlərə təbii həll yolları

Whatsapp ilə Paylaş Çox çillərim var və bu xoşuma gəlmir deyirsinizsə, Qadınklubu.com sizə çillərdən xilas …