Əsas səhifə / Əsas menu / Gözəllik / Selülitlərinizi fırçalayaraq yox edin
Bizi mobildən daha sürətli  izləyin

Selülitlərinizi fırçalayaraq yox edin

selulit

Selülit dərinin altındakı yağ hüceyrələrinin artması nəticəsində meydana gələn bir dövran pozğunluğudur. Yanlış qidalanma, hərəkətsizlik və genetik səbəblər selülitin  meydana gəlməsinin başda gələn səbəbləri arasındadır. Qidalanma  formasını dəyişdirmək, nizamlı məşq etmək çox təəssüf ki, hər kəs üçün hər zaman mümkün olmur. Ancaq bu vəziyyət selülitlərinizi azaltmağın mümkün olmadığı  demək deyil. Bu günə qədər selülitə qarşı bir çox kosmetik məhsul sınayıb, ancaq tətbiq etmək çətin olduğundan davam etməmisinizsə  qadınklubu.com-un təklif etdiyi metod sırf sizlər üçündür.

Sərt bir fırça alın.

Səhər oyandıqdan sonra ilk 10 dəqiqə ərzində bədəninizi  mütləq qeyd olunan ardıcıllıqla aşağıdan yuxarıya fırçalayın.

Əvvəl sağ ayağınızı  fırçalayın.

Sonra sol ayağınızı  fırçalayın.

Ardından eyni tətbiqi əvvəl sağ, sonra sol qolunuz üçün yerinə yetirin.

Son olaraq göbəyinizi dairəvi hərəkətlər ilə fırçalayın.

Nəticə: Fırçalama əməliyyatı qan dövranını artıracaq. Qan dövranı ilə birlikdə hüceyrələr arasındakı təzyiqi də artacaq və yağ toxumasının dağılmasına kömək olacaq.

Bir həftə mütəmadi olaraq hər səhər fırçalama əməliyyatına 5 dəqiqə ayırsanız, selülitlerinizin azaldığını görəcəksiniz.

Buna da baxın

Dırnaq yemək vərdişinin Səbəbləri və həlli

Whatsapp ilə Paylaş Ümumiyyətlə uşaqlarda 3-4 yaşlarından etibarən görülə bilən dırnaq yemə davranışı, yetkin insanlarda …