Əsas səhifə / Əsas menu / Gözəllik / Sevdiyiniz lak rənginə görə XARAKTERİNİZ
Bizi mobildən daha sürətli  izləyin

Sevdiyiniz lak rənginə görə XARAKTERİNİZ

Qadinklubu.com sevdiyiniz lak rənginə görə, xarakterinizin əsas xüsusiyyətlərini təqdim edir:

qirmm

Qırmızı – güclü və enerji dolu bir xarakteriniz var. Diqqət çəkməyi çox sevirsiniz. Qırmızı lak sevən xanımlar adətən macərapərəst olurlar.

ag

– sadəlik sizin üçün hər şeyin başında gəlir. Təbiiliyi sevirsiniz. Lakin buna baxmayaraq, zaman-zaman diqqət çəkmək də xoşunuza gəlir.

qehvv

Qəhvəyi – incə və zərif xarakteriniz var. Dostlarınız sizin üçün çox önəmlidir. Tətil üçün seçdiyiniz yerlər əsasən sakit, hüzurlü məkanlar olur.

qara

Qara – hisslərinizi çox yaxşı idarə edə bilirsiniz. Gizli, qaranlıq qalan şeylər hər zaman diqqətinizi çəkir. Duyğularınızı yazmağı və ya kiməsə danışmağı sevirsiniz. Əylənmək üzrə isə mütəxəssissiniz.

yasil

Yaşıl – olduğunuz yeri enerji gücünüzlə dəyişə bilmək qabiliyyətiniz var. Xarakteriniz o qədər özəldir ki, ətrafınızdakı hər kəs sizi diqqətlə dinləyir. Ağlınıza gələn fikirlər bir o qədər parlaq olmasa belə, insanlar sizə yox deyə bilmir.

narr

Narıncı – sizin olduğunuz yerdə təbəssüm var, xoş əhval-ruhiyyə var. Ətrafa çox müsbət enerji saçırsınız. Yaradıcı ruhunuz da çox qüvvətlidir.

benov

Bənövşəyi – tez əsəbləşirsiniz, amma eyni zamanda bu əsəb tez bir zamanda da keçib gedir. Əsasən qoruyucu bir xarakteriniz var, lakin azadlığınıza biri qarışarsa, o zaman işlər dəyişər. Yaradıcı ruhunuz sizin ən sevdiyiniz cəhətlənizdəndir.

mavi

Mavi – Anlayışlısınız. Təbiəti, təbiət rənglərini çox sevirsiniz. Azadlığa düşkünsünüz. Gəzməyi, görməyi, əylənməyi çox sevirsiniz.

cehrayi

Çəhrayı – tez-tez çəhrayı rəngə üstünlük verirsinizsə, demək içinizdəki balaca qızcığazdan vaz keçmək istəmirsiniz. Bu rəng həm sizin qadınlığınızı ortaya qoyur, həm də sevimli edir.
Dost sevər, sakit və romantik bir xarakteriniz var.

sari

Sarı – sizin çox maraqlı, əyləncəli xarakteriniz var. Dostlarınız sizinlə əylənməkdən doymur. Hər zaman fərqli fikirləriniz olur. Yaradıcılığınızla seçilirsiniz.

Buna da baxın

Döymə və manikür etdirərkən diqqət edin

Whatsapp ilə PaylaşDöymə və manikür etdirərkən diqqət edin Qan cinsi əlaqə və bədən mayeləri ilə …