Bizi mobildən daha sürətli  izləyin

Sevgi tortu

52

Sevgi tortu

Tərkibi:

* 150 qr. qoz içi
* 4 yumurta
* 2 yemək qaşığı qəhvə
* 3 yemək qaşığı qaynar su
* 225 qr. kərə yağı (otaq istiliyində)
* 200 qr. şəkər tozu
* 225 qr. un
* 1 paket qabartma tozu

Krem üçün:

* 300 ml. krem
* 1 paket vanil
* 2 yemək qaşığı pudra şəkəri

* Qəhvəli qlazür üçün 5 çay qaşığı isti su
* 1 yemək qaşığı qəhvə
* 150 qr. pudra şəkəri

Hazırlanması:

Sobanı 180 dərəcəyə nizamlayın. Qoz içini mətbəx üyüdücüsündə yaxşıca üyüdün və yarısını krem üçün ayırın. Keks üçün qəhvə və isti suyu qarışdırın. Kərə yağı və şəkəri bir qabda krem halına gələnə qədər çırpın. Yumurtaları tək-tək əlavə edib çırpmağa davam edin. Un, qabartma tozu və qozu əlavə edib metal bir qaşıq ilə qarışdırın. Qəhvə qarışığını əlavə edib xəmiri iki ədəd 23 sm-lik keks qəlibinə tökün. Sobada diş təmizləyən batırıldığında təmiz çıxana qədər təxminən 20 dəqiqə bişirin. Sobadan çıxarıb 20 dəqiqə soyutduqdan sonra qəliblərdən çıxarın. Krem, vanil və pudra şəkərini mikserlə qatılaşana qədər çırpın. Ayırdığınız qoz içini əlavə edib yaxşıca qarışdırın. Qlazür üçün qəhvə və suyu bir kasada yaxşıca qarışdırın. Pudra şəkəri əlavə edib bir neçə dəqiqə qarışdırın. Soyuyan keksləri eninə ortadan ikiyə kəsin. Bir parça keksi təqdim edəcəyiniz qaba qoyun. Kremin 1/3-ünü üzərinə yayın. İkinci parça keksi üzərinə yerləşdirib kremin yarısını yayın. Prosesi təkrarlayıb tortu tamamlayın. Ən üstə qəhvəli qlazürü tökərək təqdim edin.

 

Nuş olsun!

Buna da baxın

Sevgilinizin sizin üçün darıxmasını təmin edin

Whatsapp ilə PaylaşUzun müddətli münasibətlərə mübahisələr qaçınılmazdır.  Münasibətinizi ilk günki kimi saxlamaq  və uzun müddətli  olmasını təmin etmək üçün, …