Əsas səhifə / Manşet / Sevgilim çox qısqancdır, nə etməliyəm?
Bizi mobildən daha sürətli  izləyin

Sevgilim çox qısqancdır, nə etməliyəm?

kisiiiii

Qısqanclıq hissi həm qadınlarda, həm kişilərdə olsa da, kişilərin qısqanclığı daha sərt, bəzi hallarda incidici olur. Bu qısqanclıqlar  zamanla münasibətlərin bitməsinə belə gətirib çıxara bilir. Buna görə də, əgər qısqanc bir sevgiliniz varsa, bununla necə baş edə bilərəm deyə düşünə bilərsiniz. Qadinklubu.com sizə bir neçə ipucu təqdim edir.

  1. Bir çox kişilər sevgililərinin oğlan dostlarının olmasını istəməz. Bəziləri bunu açıq şəkildə deyər, bəziləri isə üstüörtülü formada bildirər. Əgər siz həm dostlarınızdan, həm də sevdiyiniz kişidən olmaq istəmirsinizsə, o zaman dostlarınızla sevgilinizi tanışdırın. Əgər sevgiliniz sizin oğlan dostlarınızı tanıyar və onlara güvənərsə, artıq onların sizə qarşı pis niyyətinin olmadığını anlayar. Beləliklə qısqanclıq hissi də zamanla keçər.
  2. Bəzilərimiz dostlarımıza ayırdığımız zamanla, sevgilimizə ayrıdığımız vaxtı tarazlaya bilmirik. Elə hallar olur ki, dostlarla daha çox zaman keçiririk. Bu da kişidə qısqanclıq yaradan səbəblərdən biridir. Çalışın, zamanı düz bölün.
  3. Bəzi qadınlar kişini qısqandıran zaman daha çox seviləcəyini düşünürlər. Bunun üçün planlar qururlar ki, sevgililəri onları qısqansın. Lakin, unutmamalıdırlar ki, kişilər bunu hiss edir. Sizin oyun oynamaqla yaratdığınız qısqanclıq hissi daimi hala gələ bilər. Eyni zamanda sevgilinizin sizdən hər zaman şübhə etməsinə səbəb olar.
  4. Qarşınızdakı şəxsin sərhədlərini öyrənin. Bəzi hallarda güzəştə getmək lazımdır. Kiçik qısqanclıqları gözünüzdə böyütməyin. Bu, münasibətinizin korlanmasına səbəb ola bilər.
  5. Əgər qısqanclıqlar dözülməz haldadırsa və siz bununla rahat yaşaya bilmirsinizsə, anlaşmalı bir halda münasibəti bitirmənizdə fayda var. İki tərəfə də zərər verən bir münasibət yaşamaqdansa, rahat, hüzurlu bir həyat hər iki şəxsə daha faydalı olar.

 

 

 

 

Buna da baxın

Xoşlanmaqla aşiq olmaq arasındakı 20 fərq …

Whatsapp ilə Paylaş  xoşlanmaq bir anda reallaşar; eşq isə çox daha yavaş bir müddətdir. xoşlanmaq …