Əsas səhifə / Əsas menu / Evlilik / Sevginizi bu qayda ilə yenidən alovlandırın
Bizi mobildən daha sürətli  izləyin

Sevginizi bu qayda ilə yenidən alovlandırın

sSevginizi bu qayda ilə yenidən alovlandırın

Sevgi dünyada mövcud olan ən ülvi və müqəddəs hisdir. Sevgi sürətlə gəldiyi kimi, birdən-birə qeybə çəkilə bilir.

İnsanları bir-birinə bağlayan, onları bir varlığa çevirən sevgi bağları gah möhkəm, gah zəif olur. Bu isə hər iki tərəfin gücündən asılıdır.

Dövr keçdikcə sevgililər arasında buzlar dayanır və bu zaman tərəflər başa düşür ki, ayrılmaq vaxtıdır. Tələməyin!

Əgər siz bunun son olduğunu düşünürsünüzsə, yanılırsınız. Bəli, hər ikinizin xeyli səhvləri var. Biriniz həddindən çox işə, digəriniz isə ailə və dostlardan asılı olmusunuz və qəlbinizi bəxş etdiyiniz şəxsə zaman ayıra bilməmisiniz. Bun düzəltməyin vaxtı çatıb.

Yenidən sevgi qığılcımını atəşə çevirmək üçün bu addımları atmağa başlayın. Elə bu gün, bu saat, bu andan.

1. Yaşadığınız yerdə xüsusi romantik aura yaradın.

2. Bu qaydaya əməl edin: “20:00-da sonra heç bir təxirəsalınmaz iş olmamalıdır”. Gün boyu heablar, kommunal ödənişlər, problemlər barədə danışın, ancaq 20:00-dan sonra bu məsələlərə son qoyun. Bir-birinizdən həzz almağa imkan verin.

3. Həftədə bir dəfə də olsun birlikdə və yaxın olun. Sevdiyiniz insanı hiss etməyə çalışıbn.

4. Sevdiyiniz insanı görüşlərə və romantik şam yeməyinə dəvət edin.

5. Bəzən ondan aralı qalın, fasilə verin. Bu, sizin xeyrinizədir. Bir-biriniz üçün darıxacaqsınız və bir müddət sonra ünsiyyət üçün yeni mövzular yaranacaq.

6. İstirahət yerlərinizi dəyişin, oteldə qalın, istirahət mərkəzinə səfər edin.

7. Sürprizləri təkcə Sevgililər Günü etməyin. İlk tanışlığınız zamanı keçirdiyiniz hisləri təkrar etməyə cəhd edin.

8. Birlikdə kütləvə tədbirlərə gedin, yeni insanlarla ünsiyyət qurun.

9. Çətinliklərə baxmayaraq, hər zaman gülün. “Bu, bizim üçün heç nədir! Biz bacaracağıq!” və üzünə baxaraq gülümsəməkdən çəkinməyin.

10. Yeniliklərlə münasibətlərinizə ədviyyatlar qatın.

11. Hər birinizin şəxsi vaxtının olması mütləqdir. Bir-birinizə istirahət haqqı verin.

Bu qızıl qaydalar dünyanın bütün nöqtələrində sevgililər tərəfindən yoxlanılıb. Münasibətlərinizi dəyərləndirin və onların dağılmasına rəvac verməyin.


Buna da baxın

Kişilər hansı qadınları sevmir?

Whatsapp ilə Paylaş Kişilərin hansı qadınları sevmədiyini bilmirsiniz? Qadinklubu.com kişilərin hansı qadınları sevmədiyini təqdim edir. …