Əsas səhifə / Manşet / Sezen Aksu səhnəyə vida etdi
Bizi mobildən daha sürətli  izləyin

Sezen Aksu səhnəyə vida etdi

Sezen aksu səhnəyə vida etdi

40  il səhnədə bənzərsiz mahnıları ilə çoxlarının sevimlisi olan, “kiçik sərçə” kimi tanınan Sezen Aksu 15-16  yanvar tarixlərində Volkswagen arenasında “Sezenli illər” adlı  konserti ilə çıxış etdi. İlk hissəsi iyulda həyata keçirilən silsilə konsertin son damğası arenada reallaşdı. Müğənni 40 illik repertuarını ilk gündən bu günə kimi bütün mahnıları ilə təqdim edərək, sevənlərini  40 illik yaradıcılığına səyahət etdirdi. Hər bir musiqisi hazırlandığı illərin abu-havasını əks etdirən səhnə ilə təqdim edildi. Eyni zamanda Sezen Aksu ilk dəfə olaraq sevənlərinin onun üçün hazırladığı video lentləri səhnədə paylaşaraq, onlarını öz səhnəsinə dəvət etdi.

sezen-aksu-vedaa1_400

Sezen Aksu-səhnənin sonunda söz verdiyi konsertləri də yekunlaşdırdıqdan sonra səhnəyə vida edəcəyini deyərək, göz yaşları ilə sevənləri ilə vidalaşdı.

Buna da baxın

Sezen Aksu yenidən ermənilərlə gündəmə gəldi

Whatsapp ilə PaylaşSezen Aksu yenidən ermənilərlə gündəmə gəldi Türkiyənin tanınmış müğənnisi Sezen Aksu erməni musiqiçi …