Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Şirniyyatlar / Simit ( Küncütlü türk bulkaları )
Bizi mobildən daha sürətli  izləyin

Simit ( Küncütlü türk bulkaları )

287804

Tərkibi:

-un – 1 kq.
-təzə maya – 40 qr.
-duz – 1 ç.q.
-şəkər tozu – 1 x.q.
-bitki yağı – ¼ stəkan
-ilıq su – 1 stəkan
-küncüt – ½ stəkan

Hazırlanma qaydası:

Maya ilə şəkər tozunu ilıq suda həll edin, bir neçə dəqiqədən sonra xəmir yoğurun: əridilmiş maya ilə bərabər duz, yağ və tədricən un əlavə edin. Xəmir yumşaq alınmalıdır. Xəmiri büküb, acımaq üçün 1 saatlıq isti yerə qoyun.

Xəmirdən 2-3 sm-lik kolbasalar düzəldib 5 dəqiqə saxlayın. Sonra kolbasaları 30 sm uzunluqda kəsib dairəvi forma verin. Xəmir zolaqlarını burmaq da olar, belə daha gözəl görünür. Xəmirin uclarını möhkəm birləşdirin. Hər dairəni əvvəl suya, sonra küncütə salın. Bulkalara küncütün daha çox yapışması üçün azca əlinizlə basa bilərsiniz. Bulkaları formaya düzüb, 20-30 dəqiqə saxlayın ki, xəmir qalxsın.

Simitləri 180 dərəcə temperaturda 15-20 dəqiqə bişirin (simitlərin qalınlığından asılı olaraq az da ola bilər). Yaxşı olar ki, bişmə prosesini izləyəsiniz, çünki bulkalar nazik olduğundan tez bişir, küncü isə yana bilər.

Bəzi reseptlərdə şəkər tozunun əvəzinə bəhməz (qatı üzüm şərbəti) istifadə edilir. Bu halda xəmirə 2 x.q. bəhməz əlavə edilir, sonda isə bulkalar küncütlənməmişdən əvvəl, suyla bəhməzin  qatışığına batırılır. Məhz bəhməz bulkalara xüsusi qəhvəyi rəng verir. Simit şokolad pastası, yağ, əridilmiş pendir və ya boş yeyilir.

 

Nuş olsun!

Buna da baxın

Evdə nutella hazırlanması

Whatsapp ilə Paylaş Tərkibi: 4 ədəd yumurta 1,5 stəkan su (300qr) 1 paket vanil (10qr) …