Əsas səhifə / Əsas menu / Xəbər / Sinəni gözəl və cəlbedici göstərən ən təsirli üsullar
Bizi mobildən daha sürətli  izləyin

Sinəni gözəl və cəlbedici göstərən ən təsirli üsullar

Sinəni gözəl və cəlbedici göstərən ən təsirli üsullar

guzellik-130012C3

Üzünüzü hər gün təmizləyib qulluq etdiyiniz kimi sinəyə də qulluq etmək lazımdır. Lakin dərini təmizləyən zaman həssas olan dekolte bölgəsini qurudan sabunlardan uzaq durmalı, təbii bitki tərkibli və təbi yağlardan ibarət olan kremlərdən istifadə olunmalıdır.

Nəmləndiricidən istifadə edin
Sinə dekoltesi bədənin ən həssas bölgələrindən biridir. Bu bölgələrdə toplanan yağ miqdarı çox azdır. Sinə dərisi isə çox nazikdir. Dolayısı ilə sinə dekoltesinin təbii nəm səviyyəsini itirməməsinə çalışmaq lazımdır. İllər ərzində elastikliyini itirən dəri nəmləndirilmədiyi təqdirdə çox sürətlə yaşlanmaya doğru gedir. Sinə dərisinin sürətlə yaşlanmasını istəmirsinizsə, hər gün mütəmadi olaraq nəmləndirici çəkin.

Masaj edin
Hər gün evdən çıxmazdan əvvəl sinə dərisinin gözəl görünməsi üçün masaj edin. Bir parça buz alın və bir paketə qoyun. Sonra buzları dairəvi hərəkətlərlə çənənizə qədər masaj edin. Bu masajdan sonra dərinizin nə qədər təravətli göründüyünə inana bilməyəcəksiniz. Bu masaj sadəcə bir neçə dəqiqənizi alacaq.

Hamar dəri üçün pilinq edin
Sinə dekoltesinin daha hamar və qüsursuz görünməsini istəyirsinizsə, həftədə bir və ya iki dəfə pilinq edn. Beləcə dəri məsamələrinin açılmasını, dərinin nəfəs almasını təmin edə bilər, ən əsası isə ölü hüceyrələrdən xilas ola bilərsiniz.

Günəşin mənfi şüalarından qoruyun
Günəşin mənfi şüasının dərinin daha tez qocalmasına səbəb olduğunu hamımız bilirik. Dolayısı ilə mövsümlərdən asılı olmayaraq, mütəxəssislər evdən çıxmazdan əvvəl SPF tərkibli kremlər çəkməyi tövsiyə edirlər. Eyni şey sinə dekoltesi üçün də keçərlidir. Yaz və yay aylarında sinə dekoltesi açıq olan geyimlərə üstünlük verirsinizsə, bu kremlərdən istifadə etmək mütləqdir. Son dərəcə həssas olan bu bölgəyə daha çox qulluq etməli və qoruyucu kremsiz evdən çıxmamalısınız.

Məşq edin
Sinə dekoltesinin daha gənc və gözəl görünməsi üçün etməli olduğunuz ən önəmli məqamlardan biri də məşqlərdir. Bunun üçün ehtiyacınız olan tək şey çəki daşlarıdır. Çəki daşı almaq istəmirsinizsə, iki kiçik su şüşəsi də köməyinizə çata bilər. Sinəni hərəkətə gətirən bir neçə hərəkəti mütəmadi olaraq tətbiq etdiyiniz zaman fərqi hiss edəcəksiniz.

Makiyaj edin
Xüsusən də sinə dekoltesi ilə diqqət çəkən dəbdəbəli ziyafət libasları geyinəndə sinəyə azca makiyaj etsəniz, daha çəkici görünərsiniz. Az parıltısı olan ənliyi sinəyə yuxarıya doğru çəkin. Bu zaman çox çəkici görünəcəksiniz.


Buna da baxın

Döş nahiyəsində yandırma hissi. SƏBƏBLƏR

Whatsapp ilə Paylaş Yandırma döş qəfəsinin ortasında, solunda və ya sağında hiss oluna bilər. Əksər …