Əsas səhifə / Manşet / Sinusitdən xilas olmağın yolları
Bizi mobildən daha sürətli  izləyin

Sinusitdən xilas olmağın yolları

sinusit

Burun boşluğundakı problemlər birbaşa sağlamlığımıza öz təsirini göstərməkdədir.

Burundakı şişkinlik , iltihab və çəpərəylik kimi bir sıra problemlər sağlamlığa zidd hallardır. Bunlardan biri də burundakı şişkinlik nəticəsində özünü büruzə verən sinusitdir. Hansı ki, nəfəs almağı çətinləşdirərək tənəffüsə maneə yaradır. Sinusit hər hansısa bir cibin selikli qişasının iltihabıdır və xüsusilə sinusit deyiləndə burun ətrafı ciblərin iltihabı nəzərdə tutulur. Sinusitə nələr səbəb olur? Bu kimi halla rastlaşarkən nə etmək lazımdır?

Bu kimi suallarınız yarandısa, Qadınklubu.com-un tərtib etdiyi məlumat sizlər üçündür.

Nəmli hava müalicəsi

Yataq otağınızda ya da zaman keçirdiyiniz yerlərdə hava nəmləndirici saxlayın. Quru hava sinusitlərinizi narahat edə bilər. Ancaq nəmli hava rahat nəfəs alıb-verməyiniz üçün çox əhəmiyyətlidir. Bir gündə 3-4 dəfə buxarı içinizə çəkmək də olduqca faydalıdır. Duşda oturun, qapını bağlayın və isti suyu açın. Tənəffüs yolunun açıldığını görəcəksiniz.

Siqaretsiz bir mühit!

Təmizlik məhsulları, boyalar, saç spreyi, ətirlər və əlbəttə siqaret dumanı. Sinusitin inkişafına yol açan faktorlardan mümkün olduğu qədər uzaq dayanmağa çalışın. Ailənizin və dostlarınızın sizin olduğunuz mühitdə siqaret çəkməməyini təmin edin. Qoxusuz təmizlik məhsullarını seçin və yüngül ətirlər istifadə edin.

Suyun əhəmiyyəti

Sinusit probleminiz varsa, sudan çox istifadə edin. Nə qədər çox maye istehlak etsəniz, nəfəs almağınızı asanlaşdıracaq. Tərkibində kafeyin olan içkilər və ya spirt dehidrasyona səbəb ola bilər. Spirt sinusları inkişaf etdirən səbəblərdəndir. Gündəlik 7-8 stəkan maye istehlak etməyiniz, özünüzü daha rahat hiss etməyinizi təmin edəcək.

Sinusitin səbəbləri

Sinusit burundakı toxumaların şişməsi və iltihab toplaması nəticəsində ortaya çıxar. Hava istiliyindəki dəyişikliklər, allergiya, siqaret çəkmək və qrip kimi bir çox faktor sinusitə səbəb olur.

Burun allergiyası

Burun allergiyaları burnunuzun içərisində olan toxumaların şişməsinə və sinusilitin başlanğıcına səbəb ola bilər. Ev heyvanları, toz və polenlər (çiçək tozu) ən məşhur allergiya səbəbləridir. Bu faktorlardan uzaq olduğunuz, ya da allergiya olduğunuz anda dərhal həkimə müraciət etdiyiniz təqdirdə sinusitdən qoruna bilərsiniz.