Əsas səhifə / Manşet / Siqaret istəyinizi azaldacaq qidalar
Bizi mobildən daha sürətli  izləyin

Siqaret istəyinizi azaldacaq qidalar

hj

Siqareti tərgitdikdən sonra həyatı asanlaşdıracaq və sağlamlıq baxımından gücünüzü artıracaq qidaların nələr olduğunu bilirsinizmi?

Bir seansda siqaret asılılığını yox edən Abrahamson metodu mütəxəssiləri siqaret istəyinizi azaldacaq qidalara dair əhəmiyyətli məlumatlar verib.

Qadınklubu.com siqaret istəyinizi azaldacaq qidaları təqdim edir:

Yulaf əzməsi:

20 gün ərzində hər gün 2 yemək qaşığı isti suda saxlanılmış yulafı qəbul etmək nikotin asılılığını azaldır.

Portağal:

20 gün ərzində hər gün yarım portağal yesəz və ya 1 ayda 20 günün sonunda nikotin istəyiniz 79% azalacaq.

İspanaq, badam, əsmər düyü:

Hər gün tünd yaşıl yarpaqlı göyərti və tam taxıl qaynağı olan bir qidanın qəbulu siqaretə olan istəyi tədricən azaldır.

Pomidor:

Pomidor suyu və siqaret beyində eyni bölgəni xəbərdar edir. Bunun üçün siqareti tərgidənlərə ilk 20 gün 1 stəkan pomidor suyu təklif edilir. Beləcə həm asılılıq azalarkən həm də pomidorun tərkibindəki likopen sayəsində antioksidan təsirindən faydalanmış olarsınız. Burada əhəmiyyətli olan əsas məsələ pomidoru çiy şəkildə deyil bişirilmiş şəkildə qəbul etmək lazımdır ki, likopen bədənə təsir edə bilsin.

Banan:

Banan həm siqareti atmaqda həm də siqaretin yaratdığı zərərli təsirləri yox etməkdə əla vasitədir. Həmçinin B vitamini və kalium tərkibi ilə sağlamlığıza köməkçi olur.

Alma:

2007-ci ildə aparılan araşdırmada məlum olub ki, mütəmadi alma qəbulu ağciyər funksiyalarını yaxşılaşdırır.

Zəncəfil:

Çox qüvvətli bir antioksidan olan zəncəfil, ağciyərləri təmizləyir. Müxtəlif toksinləri, bəlğəmi ağciyərlərdən təmizləməyə köməkçi olur. Buna görə, zəncəfil çay olaraq içə bildiyiniz kimi birbaşa olaraq da yeyə bilərsiniz.

Sarımsaq:

Sarımsaq qüvvətli bir antioksidan olması ilə bərabər, tərkibində olan bol miqdarda alisin maddəsi ilə ağciyərləri təmizləyir.

Buna da baxın

Bu çaylar tam bir şəfa qaynağıdır!

Whatsapp ilə Paylaş Bəlğəm azaldan alma çayı: Alma qabıqları ilə hazırlanan çay həm sinəni yumşaldır, həm …