Bizi mobildən daha sürətli  izləyin

Şirin Çörək

Şirin Çörək

Tərkibi:

-1 paket quru toz maya
-2 stəkan ilıq süd
-6 stəkan yarım un
-1 stəkan şəkər tozu
-Bir çimdik duz
-1 çay qaşığı sarıkök
-1 ədəd yumurta – otaq hərarətində
-200 qram kərə yağı- əridib soyudun
-1 ədəd yumurta, üstü üçün
-1 çay qaşığı xaş-xaş

step1

Hazırlanması:

Bir qabda mayanı 1 stəkan süddə həll edib 5 dəqiqəlik kənara qoyun. İri qaba unu, şəkər tozunu, duzu və sarıkökü qoyub qarışdırın. Ortasına mayalı qarışığı, qalan 1 stəkan südü, yumurta və yağı əlavə edib xəmir yoğurun. Əvvəcə xəmir bir qədər yapışqan olacaq amma narahat olmayın, onu yoğurduqca yapışqanlığı gedəcək. Alınan xəmir çox bərk olmamalı, amma eyni zamanda da ələ yapışmamalıdır.

step3

Xəmiri qaba qoyub üstünə dəsmal örtün və qoyun kənarda gəlsin, təxminən 2 saat ərzində.

step4

2 iri listə ya kalka kağızı sərin ya da yağlayın.

Gəlmiş xəmiri iki yerə bölüb kündələyin. Kündələri əlinizlə 22 sm-lik bir dairə əldə edənədək yastıladın. Dairənin qalınlığı 1.2 sm olmalıdır.

step5

Çörəkləri listlərə yerləşdirin. Üstlərini çay dəsmalı ilə örtüb qalxmaları üçün 1 saatlığına kənara qoyun.
Sobanı 190C-dək qızdırın.

step6

Yumurtanı çəngəllə qarışdırıb çörəklərin səthinə çəkin. Çəngəllə şəkildə gördüyünüz kimi naxış vurun sonra isə xaş-xaş səpin.

step71

Çörəkləri sobanın orta hissəsində 30-35 dəqiqə ərzində, və yaxud üstləri yaxşı qızaranadək bişirin. Əgər sobanzn iki listi birdən orta rəfə yerləşdirəcək qədər iri deyilsə, onda bir listi sobanın üst bölməsində, digərini isə alt bölməsində 15 dəqiqə bişirib, yerlərini dəyişib bişirməyə davam edin. Çörəkləri yalnız tamamilə soyuduqdan sonra kəsin.

shirin-chorek

 

Nuş olsun!

Buna da baxın

Maniken Diyeti

Whatsapp ilə Paylaş Manikenlərin necə bu qədər incə qaldıqları sizə də təəccüblüdür? Qadinklubu.com bu dəfə …