Əsas səhifə / Əsas menu / Sağlamlıq / Şirin kartofun faydaları
Bizi mobildən daha sürətli  izləyin

Şirin kartofun faydaları

yuŞirin kartofun faydaları

Əziz xanımlar şirin kartof bir çox faydaları ilə seçilir. Onun həm də püresi, qaynatması, salatı və hətta qızartması da hazırlanır. Çiy olaraq yeyə bilərsiniz.

Şirin kartofun faydaları nələrdir?

Şirin kartof çox zəngin bir beta-karoten qaynağıdır.

Nişastalı və yumru formalı bir tərəvəz olan şirin kartofun, kökü və yumru hissəsi xaricindəki yerləri zəhərlidir və yeyilməz.

Şirin kartof çox zəngin bir A vitamini qaynağıdır. C, B6 və B vitaminləri də var. Bu kartofdakı C vitamini nisbəti, bir çox yaşıl yarpaqlı tərəvəzlərdə daha çoxdur.

Şirin kartof məktəb çağındakı uşaqlar üçün zəngin bir yemək olduğu qədər, körpələrin ilk qidalarında da püre halında istifadə edilə bilər və gündəlik C və A vitamini ehtiyaclarını qarşılayar.

Adında şirin sözü keçməsinin əksinə şirin kartof, şəkər xəstələri üçün çox faydalıdır. Qan şəkərini yavaş yavaş yüksəldərək uzun müddət toxluq hissi yaradır.

Şirin kartof çox zəngin dəmir, maqnezium və kalium qaynağıdır.

Ürək dostudur. Infarktı riskini azaldır və xolestrolsuzdur.

Şirin kartof xüsusilə qabığıyla birlikdə yeyilsə zəngin bir lif qaynağıdır.

İmmunitet sistemini gücləndirməyə köməkçi olan şirin kartof eyni zamanda zəngin bir antioksidandır.

Xanımlar bu faydaların yanında bir də sizə Zəncəfilli şirin kartof şorbasının reseptini təqdim edirik.

Vəsaitlər:

2 ədəd şirin kartof

1 ədəd sarı kartof

1 ədəd soğan

1 ədəd zəncəfil

1 yemək qaşığı kərə yağı

1 çay stəkanı krem

1 su stəkanı ət suyu

Duz

Su

Zeytun yağı

Hazırlanması:

Əvvəlcə zeytunyağını qazana qoyun. Ardından doğradığınız soğanları bir az qovurun. Şirin kartofları və sarı kartofları incə-incə doğrayın. Zəncəfil də jülyen şəkildə doğrayın və hamısını soğanla birlikdə bir az qovurun. Ardından su, ət suyu, kərə yağı və duzu da əlavə edib bişirin. Daha sonra bütün qarışığı blenderdan keçirin və yenidən bişirin. Bir az soyuduqdan sonra üzərinə krem əlavə edə bilərsiniz.


Buna da baxın

Sadəcə qaynadaraq için və…

Whatsapp ilə PaylaşMixəki qaynadın və 7  gündə 3 kq arıqlayın Bir həftədə 3 kilo arıqlamağınıza kömək …