Əsas səhifə / Əsas menu / Sağlamlıq / Şirin yuxuya dalmaq üçün – Yoqa
Bizi mobildən daha sürətli  izləyin

Şirin yuxuya dalmaq üçün – Yoqa

Şirin yuxuya dalmaq üçün – Yoqa

Silhouette of a woman doing yoga on the beach at sunset

Gecənin yarısıdı, yatağınıza uzanmısız, ancaq yata bilmirsiz. Təqdim etdiyimiz bu yoqa rejimi sizi rahat yuxudan uzaqlaşdıran əzələ problemlərini həll etmiş olacaq. Bərpaedici özəlliyi olan bu yoqa rejimi bədən və beyninizin dincəlməsinə, dərin yuxuya getmənizə kömək edəcək. Bu hərəkətləri edin, dərindən nəfəs alın və şirin yuxulara dalın!

İlk öncə dizlərinizi yerə qoyaraq körpü şəklində dayanıb əllərinizi yerə dirəyin. Bədənin orta hissəsini elastik şəkildə aşağıya doğru hərəkət elətdirib başınızı yuxarı qaldırın. Daha sonra bədənin orta hissəni yuxarı qaldırıb başınızı aşağı salın. Sol qolunuzu yerdən götürmədən sağ qolunuzu yuxarı qaldıraraq bədəninizi də o istiqamətdə çevirin. Sonra sağ qolu gətirib sol qolun altından o yana çıxarın. Dizlərinizi yedən tərpətmədən sağ qolunuzu yerə qoyub, sağ çiyninizi yerə söykəyin və sol qolunuzu hərəkət elətdirin.

Eyni hərəkətləri sol qol üçün təkrarlayın. Dizlərinizi yerdən götürüb yenə eyni çöməlmiş vəziyyətdə əllərinizi yerə söykəyib durun. Sağ və sol ayağınızı növbə ilə qaldırıb aşağı salın. Daha sonra yerə oturaraq sol ayağınızı arxaya uzadın, sağ ayağınızı öndə geriyə qatlayıb oturun. Əllərinizi öndə birləşdirib başınızı üstünə qoyun və rahatlayın. Sağ ayağınızı bükülmüş vəziyyətdə sol ayağınızın üzərinə qoyun və başınızı qarşıya uzadıb dincəlin. Sağ ayağınızı önə uzadıb sol ayağınızı içəriyə bükün. Sonra sol qolunuzu başınızın üstündən uzadıb sağ ayağnıza toxunun.

Hər iki tərəf üçün eyni hərəkəti edin. Arxası üstə uzanıb ayaqlarınızı aralı vəziyyətdə saxlayıb topuqlarınızı birləşdirin. Daha sonra altınıza qalın yastıq qoyub ayaqlarınızı yuxarı qaldırın. Sonda ayaqlarınız öndə çöməlmiş vəziyyətdə oturaraq əllərinizi sinənizdə birləşdirərək dərindən nəfəs alıb verin.


Buna da baxın

Dırnaq yemək vərdişinin Səbəbləri və həlli

Whatsapp ilə Paylaş Ümumiyyətlə uşaqlarda 3-4 yaşlarından etibarən görülə bilən dırnaq yemə davranışı, yetkin insanlarda …