Əsas səhifə / Manşet / Şirinquş (Lollipop) hazırlamaq qaydası
Bizi mobildən daha sürətli  izləyin

Şirinquş (Lollipop) hazırlamaq qaydası

Şirinquş (Lollipop) hazırlamaq qaydası

 

Tərkibi:

  • 2 su stəkanı şəkər tozu
  • 2/3 su stəkanı qarğıdalı siropu (qlükoza)
  •  1 su stəkanı su
  • 1 / 2 yemək qaşığı krem ​​dartar (şəkərin matlaşması və kristal olmasının qarşısını almaq üçün)
  • 2 yemək qaşığı çiyələk aroması (ətirləndirici)
  • 2 damla qırmızı qida boyası
  • 30 ədəd plastik çubuq

Hazırlanması:

  • Arzu etdiyiniz dadda aroma, istədiyiniz rəngdə qida boyası istifadə edə bilərsiniz. Maye  qida boyasının əvəzinə toz qida boyası istifadə edə bilərsiniz.
  • Şəkər tozu, qarğıdalı siropu, su və  tartar kremi qazana tökün.
  • Şəkər tozu  əriyənə qədər taxta bir qaşıqla qarışdıraraq, qarışığı yüksək odda qaynadın.
  • Qırmızı qida boyasını əlavə edərək, 10-15 dəqiqə də qarışdıraraq bişirin.
  • Qaynayan siropun hazır olub-olmamasını anlamaq üçün soyuq suya bir damla qədər damladıb qatılığını yoxlayın.
  • Siropu hazırladığınız qazanı ocaqdan götürdükdən sonra soyuq su ilə dolu bir qabda gözlədin.
  • Çiyələk aromasını qatıb, taxta bir qaşıqla qarışdırdıqdan sonra ilk istiliyinin çıxması üçün soyuq su dolu bir qab içində bir az gözlədin.
  • Hazır silikon qəlibləri yağladıqdan sonra qarışımı əlavə edin. Çubuqları formanın alt qisminə yerləşdirərək, otaq temperaturunda soyumağını gözləyin.

Nuş olsun!

Buna da baxın

Pryanik resepti

Whatsapp ilə Paylaş Tərkibi: 300 ml kefir 1 st şəkər tozu 2 yumurta sarısı 1 …