Əsas səhifə / Manşet / Sirli badımcan – FOTORESEPT
Bizi mobildən daha sürətli  izləyin

Sirli badımcan – FOTORESEPT

1

Tərkibi:

500 qr çəkilmiş ət

100 qr holland pendiri

1 ədəd qırmızı bolqar bibəri

1-2 ədəd soğan

1 ədəd yumurta

Orta ölçüdə kiçik badımcan

Duru yağ

Duz, istiot

Hazırlanması:

Çəkilmiş ətə çəkilmiş soğan, duz, istiot, yumurta vurularaq yaxşıca qarışdırılır. Orta ölçüdə badımcanlar ortadan çərtilir, qaynar yağa atılıb götürülür.

Holland pendiri sürtgəcdən keçirilir, bolqar bibəri xırda doğranılır.

2

Pendir bibər qarışığı badımcabın içinə doldurulur. Badımcana büküləcək qədər çəkili əti folqaya yayırıq, badımcanı üzərinə qoyub hərtərəfli bağlayırıq.

3
Şəkildəki kimi olmalıdır, üzərinə yağ gəzdirib 180-200 dərəcədə isidilmiş sobada hazır olana qədər bişiririk.

4

 
Yeməyimiz hazırdır.

1
Zövqə uyğun bəzəyib süfrəyə verə bilərsiniz.//qadın.net
Nuş olsun!

Buna da baxın

Sağlamlıq üçün əvəzsiz tərəvəz – BADIMCAN

Whatsapp ilə Paylaş Sağlamlıq üçün əvəzsiz tərəvəz – BADIMCAN Badımcan ən faydalı tərəvəzdir. Lakin onun …