Əsas səhifə / Manşet / Şirniyyatdan qurtulmağın 5 yolu
Bizi mobildən daha sürətli  izləyin

Şirniyyatdan qurtulmağın 5 yolu

l

Əgər sağlam olmağa və şirniyyatı həyatınızdan çıxarmağa qərar vermisinizsə, sizə kömək olacaq 5 addım …

Qadınklubu.com-un məlumatına görə, bədən ölçülərindən və çəkilərindən razı qalanlar belə, sağlam həyat üçün şirniyyatdan uzaq dayanmalıdırlar.

Qida dəyərləri cədvəlini araşdırın

Yeməyinizdə şirniyyatı azaltmağın ən ağıllı yolu, yemək alarkən qida dəyərləri cədvəlini araşdırmaqdır.

Mündəricat siyahısında nə qədər “oz”la bitən sözlər varsa (qlükoza, fruktoza, maltoza, laktoza, saxaroza …) o qədər çox şəkər əmələ gəlməsinə səbəbdir.

Ac qalmayın

Bədəninizin hər 20 dəqiqədən bir şəkərə ehtiyacı olur. Bu səbəbdən gün ərzində şirin yeməklərə ehtiyacınız artır.

Şirniyyatı yox edin

Bütün şirniyyatı yox edin. Evinizdə, iş yerinizdə və ya otağınızda görünən bütün şirin qidaları yığışdırın. Təbii ki, yenilərini almamaq şərti ilə.

Şirniyyat üçün pəhriz saxlamaq, xüsusilə şirniyyatı sevənlər üçün çətin bir işdir. Buna görə, şirniyyatı birdən-birə yox etmək əvəzinə, az-az qidalarınızdan çıxarın.

Bağırsaq tarazlığınızı düzənləyin

Şirniyyatdan qəflətən əl çəkmək, bağırsaqlarınızdakı faydalı bakteriyaların tarazlığını poza bilər. Bu vəziyyəti aradan qaldırmaq üçün mütəxəssislər, qatıq və kefir kimi qidalardan istifadə olunmasını təklif edir.

İştahanı nəzarət altına alın

Şirniyyatdan uzaqlaşdığınız vaxtlarda, bədən tarazlığı bu vəziyyətə alışmağa çalışdığı üçün bədəninizdə ani düşmələr müşahidə edilə bilər, buna görə şirin şeylər yemək istəyə bilərsiniz. Bunun öhdəsindən gəlmək üçün, iştahınıza hakim olmağa çalışmalısınız. Bundan əlavə, yaşıl qəhvə kimi xrom yaradan yeməklər köməyinizə çata bilər.

Buna da baxın

Yaxşı yatmamağın mənfi nəticələri

Whatsapp ilə PaylaşYaxşı yatmamağın mənfi nəticələri Aparılan araşdırmalar göstərir ki, yaxşı yatmamaq orqanizmdə bir çox …