Əsas səhifə / Manşet / Siz qulluqçusunuz, şahzadəsiniz, yoxsa kraliça?
Bizi mobildən daha sürətli  izləyin

Siz qulluqçusunuz, şahzadəsiniz, yoxsa kraliça?

h

Qulluqçu xeyirxah pəri arzulayır, şahzadə gözəl prins arzulayır, kraliça arzulamırlar, fəaliyyət göstərir.

Qulluqçu möcüzələrin baş verəcəyinə inanar, şahzadələrlə onlar həqiqətən də baş verir, kraliça onları özləri yaradırlar.

Qulluqçu zəifdir, amma güclü görünür, şahzadə güclüdür, amma zəif görünür, kraliça, maskasızdır, olduğu kimi görünür.

Qulluqçu əvvəlcədən gələr, şahzadə gec qalar, kraliça vaxtında gələr.

Qulluqçu özünü günahlandırar, şahzadə – başqalarını, kraliça kimsəni günahlandırmaz, nəticə çıxarar.

Qulluqçu qalib gəlməyi bacarmır, şahzadə uduzmağı bacarmır, kraliça yarışmır.

Əjdahalar xidmətçilərlə maraqlanmırlar, şahzadələri yeyirlər, kraliçalarla dostluq edirlər. Çünki qulluqçu əjdaha ilə maraqlanmır, şahzadə onlardan qorxur, kraliça isə onları ram edir.
Qulluqçu, gözəlsə də özünü kifir hesab edər, şahzadə eybəcərsə də özünü gözəl hesab edir, kraliça üçün heç bir fərqi toxdur.

Qulluqçunu görməmək olar, şahzadəni görməmək mümkün deyil, kraliça görünməməlidir, çünki ona belə lazımdır.

Qulluqçu müti, şahzadə şıltaq, kraliça intizamlıdır.

Qulluqçu tərif almaq istəyir, şahzadə – diqqət, kraliça – təcrübə.

Qulluqçu təhqirə dözür, şahzadə qisas alır, kraliçanı təhqir etmək mümkün deyil.

Qulluqçu sevir, şahzadə sevməyə imkan verir, kraliça heç kimi düşünmür.

Qulluqçu hər şeyi başa düşür və dözür, şahzadə yalnız istəyəndə başa düşür, kraliça hər şeyi başa düşür və gedir.

Qulluqçu tələb edə bilmir, şahzadə gözləyə bilmir, kraliça bilir ki, hər şeyin öz vaxtı var.

Qulluqçu böyümək istəmir, şahzadə qocalmaq istəmir, kraliça bilir ki, hər şey mümkündür.

Qulluqçu dünyanı qara rəngdə görür, şahzadə çəhrayı rəngdə, kraliça qara, çəhrayı və bütün digər rənglərdə.

Qulluqçularla asandır, şahzadələrlə çətindir, kraliçalarla maraqlıdır.

Qulluqçu olmaq çətindir, şahzadə olmaq asandır, kraliça olmağın mənası var.

Qulluqçu olmaq üçün işə girmək kifayətdir, şahzadə kimi doğulmaq lazımdır, kraliça olmaq üçün isə böyük işlər və uğur lazımdır.

Qulluqçuluq vəzifədir, şahzadəlik soy ilədir, kraliça isə – tituldur.

Qulluqçu, gözəl bir gənc haqqında düşünüb xilas olmaq istəyir, şahzadə gözəl kavalər barəsində düşünüb himayədən çıxmaq istəyir, kraliça isə istəyir ki, onu rahat buraxsınlar.

Buna da baxın

Şahzadə taxt-tacdan imtina etdi

Whatsapp ilə PaylaşŞahzadə taxt-tacdan imtina etdi Taylandın növbəti kraliçası seçilə biləcək şahzadə Srirasmi könüllü şəkildə …