Əsas səhifə / Əsas menu / Gözəllik / Sızanağın və yağlılığın qarşısını alan sadə maska
Bizi mobildən daha sürətli  izləyin

Sızanağın və yağlılığın qarşısını alan sadə maska

yağlılğın və sızanağı qarşısını alan maska

Qadınlar bəzən vaxt məhdudluğundan təbii məhsullara deyil, hazır aldıqları kosmetik vasitələrə üstünlük verirlər. Amma təəssüf ki, hazır məhsullar bəzən effekt verməməklə yanaşı, bəzən də ziyanlı ola bilir.

Vaxt az olsa da, evdə hazırlaya biləcəyiniz az vaxt tələb edən maskalar da vardır. Hansı ki, bu qəbildən olan maskanı Qadinklubu.com nəzərinizə çatdırır. Bu maska ilə az vaxt sərf edərək, yüksək nəticəldə etmək mümkündür.

Tərkibi:

2 x/qaşığı qatıq

0.5 ç/qaşığı qabartma tozu

Hazırlanması və tətbiqi:

Bir qabda qatıqla qabartma tozunu yaxşı həll olunana qədər qarışdırın. Daha sonra masaj hərəkətləri ilə maskanı üzünüzə tətbiq edin. 30 dəqiqə gözlətdikdən sonra, ilıq su ilə üzünüzü durulayın. Üzünü quruladıqdan sonra nəmləndirici krem çəkməyi unutmayın.

Bu maskanın hazırlanmasındatəklif olunan ərzaqların miqdarına riayət edilməsi əhəmiyyətli məqamlardandır. Bu maska üzdəki yağlılığı nizamlayaraq, sızanaqların yaranmasının qarşısını alır. Həftə ərzində iki dəfə tətbiq edə bilərsiniz.

 

Buna da baxın

Sızanaqlara qarşı maska

Whatsapp ilə Paylaş Tərkibi: 3 yemək qaşığı gil, 3-4 x/qaşığı su 3 damla limon suyu 3 …