Əsas səhifə / Əsas menu / Gözəllik / Sızanaq ləkələrindən qurtulmaq üçün bunları edin
Bizi mobildən daha sürətli  izləyin

Sızanaq ləkələrindən qurtulmaq üçün bunları edin

Üzümüzdə bir sızanaq çıxdığında çoxlarımız onun öz-özünə sağalmasını gözləyə bilməyib sıxırıq. Nəticədə dəridə həmin sızanağın izi qalır ki, bu da heç də xoş görüntü vermir. Sonra  daim onu tonal kremlə örtməyə çalışırıq. Bəs bu ləkələri birdəfəlik aradan qaldırmaq üçün nə etməli?
Qadinklubu.com təqdim edir.
almasirk

Alma sirkəsi

Alma sirkəsinin tərkibində A, C, E, P, B2 kimi vitaminlər olduğundan, onu dəri üçün möcüzəvi vasitə hesab etmək olar.  Dərinizi təmizlədikdən sonra təqdim edəcəyimiz alma sirkəsi maskasını istiafə edə bilərsiniz.

Necə?
1 xörək qaşığı alma sirkəsi və eyni miqdarda suyu qarışdırıq. Pambıqla üzümüzə çəkirik. Yarım saat gözləyib, üzümüzü  yuyuruq.
bal

Təbii bal

Təmiz bal tapmaq indi çox çətin olsa da, buun üçün rayonlarda yaşayan tanışlarınızdan kömək istəyə bilərsiniz. Təbii bal dəriniz üçün xilasedici olacaq.

Bir qədər bal götürüb bütün üz dərinizə çəkin. 15-20 dəqiqə gözlədikdən sonra üzünüzü yuyun. Mütəmadi olaraq istifadə etsəniz, sızanaq izlərindən zamanla qurtulacaqsınız.

ottt

Sabun otu

Sabun otu kökünü suda qaynadıb dəmləyin. Həmin suyu ilıq halda üzünüzün yalnız ləkəli bölgələrinə çəkin. Yarım saat gözlədikdən sonra üzünüzü yuyun.

qozz

Qoz yarpaqları

1 ovuc qoz yarpağını 1 stəkan suda qaynadıb dəmləyin. Bu suyu pambıqla üzünüzə çəkib, yarım saat gözləyin. Daha sonra üzünüzü soyuq suyla yuyun.

ceferi

Cəfəri

1 litr suyu qaynadıb, cafərini həmin suda dəmləyin. Sonra həmin cəfərini əzib üzə çəkiləcək bir hala gətirin və tətbiq edin. Həmin məhlulu üzünüzdə 20 dəqiqı saxlayıb, cəfərinin suyu ilə üzünüzü yuyun. Bu maskanı gündə 3 dəfə təkrarlasanız, qüsursuz bir dəriyə sahib olacaqsınız.

tozzseker

Şəkər tozu ilə təbii pilinq

1 yemək qaşığı şəkər tozu və eyni miqdarda suyu qarışdırın. Üzünüzə masaj edərək çəkin. Öz dəri tipinizin həssaslığını nəzərə alaraq, lazım olan zamanda masajı sonlandırın və dərinizi yuyun.