Əsas səhifə / Manşet / Sızanaqlar hansı orqandakı xəstəlikdən xəbər verir…
Bizi mobildən daha sürətli  izləyin

Sızanaqlar hansı orqandakı xəstəlikdən xəbər verir…

hua

Üzümüzdəki sızanaqlar bizləri görüntüyə görə çox narahat edir.

Hər bir xanımın ən böyük problemlərindən olan üzdəki sızanaqlardan yaxa qurtarmaq üçün bir çox üsullardan yəqin ki istifadə etmisiniz. Kimisi təbii üsulla, kimisi də kosmetik vasitələrin köməyindən yararlanıb. Bizi narahat edən bu sızanaqların əslində orqanizmdəki problemlərin ilkin xəbərçisi olduğunu bilirdinizmi?

Qadınklubu.com sızanaqların orqanizmdəki hansı problemlərin, xəstəliklərin xəbərçisi olduğu haqqında araşdırmanı təqdim edir.

Burun

Ürək ilə əlaqəlidir. Burn və burun ətrafı nahiyələrə çıxan sızanaqlar yüksək təzyiqin xəbərçisi ola bilər. Qazlı içkilərdən və duzdan az uzaq olun. Gündəlik qidanızda meyvə, tərəvəzə daha çox üstünlük verin.

Çənə

Çənədə çıxan sızanaqlar bağırsaqlarla əlaqəlidir. Sütlü və yağlı qidalardan uzaq olun.

Alt çənə

Bu nahiyədəki sızanaqlar ağız boşluğu və dişlərləəlaqəlidir. Davamlı olaraq dişlərinizi fırçalayın və ağzınızı daha tez-tez yaxalayın. Şirin içki və şirniyyatdan daha az istifadə edin.

T-nahiyəsi

Qaraciyər ilə əlaqəlidir. Qidalanmanıza diqqət edin və spirtli içkilərdən uzaq olun.

Alın

Həzm prosesinin zəifliyi və suszluqdan xəbər verir. Çoxlu su için. Qazlı və kofeyinli içkiləri menunuzdan çıxarın.

Gicgah və qulaq ətrafı

Bu nahiyədəki sızanaqlar böyrəklərlə əlaqəlidir. Bol su için və duzdan mümkün qədər uzaq olun.

Dodaq üstü

Bu nahiyə ağciyərlə əlaqəlidir. Təmiz hava alın. Mobil telefonunuzun ekranını və yastıq üzünü təmiz olmasına diqqət edin.

Qadınklubu.com

Buna da baxın

Makiyaj edərkən rəng çalarlarının seçilməsi

Whatsapp ilə Paylaş Kosmetik vasitələrdən istifadə edərkən rəng çalarlarının bir-birilə düzgün uyğunlaşdırılması gözəl nəticələr əldə …