Əsas səhifə / Əsas menu / Gözəllik / Sızanaqlı dəriyə makiyaj necə edilməlidir?
Bizi mobildən daha sürətli  izləyin

Sızanaqlı dəriyə makiyaj necə edilməlidir?

tuuuu

Sızanaqlı dəriləri makiyaj etmək biraz daha çox diqqət və zaman tələb edir. Uyğun olmayan gigiyenik şərait və kirlilik sızanaqların artmasına səbəb olar. Mütəxəssislər məsləhət görür ki, dəri təmizliyinə xüsusi diqqət yetirəsiniz. Bəzi kosmetik vasitələr dəriyə mənfi təsir göstərə bilər.

Ağır və örtücü makiyajdan uzaq durun

Dəriniz sızanaqlıdırsa, təbii bir makiyaja üstünlük verin. Alergiyaya səbəb olmayan, yağsız və spirtsiz kosmetik vasitələr sizə uyğun olacaqdır. Ağır makiyaj, məsamələri qapalı tutduğu üçün, sızanaqların artmasına səbəb olur. Yüngül və mat örtücülərə üstünlük verin. Dərinizin rənginə uyğun bir örtücüdən istifadə edin ki, qırmızı ləkələr varsa, görünməsin. Bu üsulu sadəcə özəl günlərdə istifadə edin. Ən doğrusu məsamələri qapatmamaqdır. Əgər dəriniz yağlıdırsa, komedon (qara nöqtələr) yaratmayan (non-komedojenik) vasitələrə üstünlük verin.  Kaolin və talk kimi yağları əmən maddələrlə zəngin kosmetik vasitələr dərinizə daha yaxşı təsir edər.

Diqqəti gözlərinizə çəkin

Makiyaj edərkən sızanaqları qapatmağa çalışmaqdan əlavə, diqqəti dərinizdən başqa bir yerə çəkin. Rəngli bir tuj, eyeliner və ten bu işdə sizə kömək ola bilər. Dodaqlarınızı qabarıq göstərmək üçün də, parladıcı dodaq boyasından istifadə edə bilərsiniz.

Sızanaqlı dəriyə dərmanla birlikdə makiyaj etmək istəyisinizsə, üzünüzə dərmanı çəkdikdən sonra 15 dəqiqə gözləyin. Evə qayıdanda dərinizi mütləq yaxşıca təmizləyin. Mütəxəssislər yüngül dərəcəli sızanaqlar üçün təmizləyicilərin yetərli ola biləcəyini bildirirlər. Lakin əgər orta və ağır dərəcəlidirsə, tibbi kömək almalısınız. Sızanaqlı dərilər üçün olan sabun, gel və köpük kimi vasitələr istifadə edin. Bol ilıq su ilə qalıqlarını dərinizdən yuyub təmizləyin.

Bunları unutmayın

Təmizləyici seçərkən, dərinin yağını çox da almayacaq vasitə seçin. Çünki, bu zaman əks təsir görə bilərsiniz. Belə halda, dəri yenidən daha çox yağ ifraz etməyə başlayacaq.

Dərinizə vurduğunuz tonikin tərkibində spirt çox az olmalıdır. Tərkibində antiseptik və ağrıkəsici maddələr olanlara üstünlük verin.

Dəriniz rahatladan və yağlılığı azaldan maskalar tətbiq edə bilərsiniz.

Bir mütəxəssisə müraciət edin. Ara sıra edilən dərindən edilən təmizlik dərinizə yaxşı gələcək.

Xüsusi hazırlanmış kosmetik vasitələrlə makiyaj edə bilərsiniz. Lakin sızanaqların ağırlaşdığı bir dönəmdə makiyajdan uzaq durmaq ən yaxşısıdır.

Qadinklubu.com

Buna da baxın

Makiyaj eləmək istəmirəm, nə edim?

Whatsapp ilə Paylaş Makiyaj eləmək təəssüflər olsun ki, filmlər, seriallar, ətrafımızdakı insanlar və ən əsas …