Əsas səhifə / Manşet / Sizi hələ də əvvəlki kimi sevirmi? – Test edin
Bizi mobildən daha sürətli  izləyin

Sizi hələ də əvvəlki kimi sevirmi? – Test edin

ssss
Uzunmüddətli münasibət və evliliklərdə əksər qadınların ağlında, “görəsən məni hələ də əvvəlki kimi sevirmi?” sualı ortaya çıxır. Qadinklubu.com bu sualın cavabını müəyyən edəcək bir neçə ipucu təqdim edir.

Əgər sizi əvvəlki kimi sevirsə…

  • Sadəcə darıxdığını söyləmək üçün zəng vurar, birlikdə nələrsə eləmək üçün başqa planlarını təxirə salar.
  • İşinizin və ya dərslərininzin necə getdiyi ilə maraqlanar. Əgər işləyirsinizsə, iş saatlarınızı, oxuyursunuzsa, dərs cədvəlinizi əzbər bilər.
  • Ona çox maraqlı olmasa belə, sizinlə vaxt keçirmək üçün 3 saat davam edən bir konsertə gedər.
  • Ailəsinə, dostlarına, ətrafındakılara sizin uğurlarınızdan, gözəl cəhətlərinizdən danışar.
  • Onları hətta sevməsə belə, ailənizlə, dostlarınızla mehriban davranar. Özəl günlərdə onları təbrik edər. Hədiyyələr belə ala bilər.
  • İşi çox olsa belə, sizə zaman ayırar. Əgər kefiniz yoxdursa, planlarını dəyişər və sizin üçün nələrsə edər. Özəl gün olmasa belə, sizə hədiyyələr alar, sürprizlər hazırlayar.
  • Hər hərəkətində bunu göstərsə belə, yenə də tez-tez “Səni sevirəm” deyər.

Əgər sizi sevmirsə…

  • Dostlarıyla birlikdə olmaq üçün sizinlə görüşü təxirə salar.
  • Onda bəyənmədiyinz cəhətləri söyləsəniz də, buna əhəmiyyət verməz.
  • Növbəti görüşünüzdən başqa heç nə danışmaz. Gələcəkdən bəhs etməz. Əgər söhbəti gələcəkdən salsanız, mövzunu dəyişdirər.
  • Sizi dostlarıyla getdiyi toplantılara aparmaz. Onları sizinlə tanışdırmaz.

Buna da baxın

Münasibətlərdə təhlükəli olan 7 davranış

Whatsapp ilə Paylaş 1-Bütün Sirlərinizi Vermək Müansibətlərdə duyğu və düşüncələri paylaşmaq əhəmiyyətlidir. Bu cütlüklərin bir-birlərini …