Əsas səhifə / Manşet / Sizi kökəldən evinizdəki tozlardır
Bizi mobildən daha sürətli  izləyin

Sizi kökəldən evinizdəki tozlardır

 

Yapılan-araştırmalar-da-evdeki-tozlar-kilo-aldırıyor

Evinizdəki tozlar, bədəninizdəki yağ hüceyrələrinin böyüməsinə yol açaraq, kökəlməyinizə səbəb olur.

Qapının arxasına, yatağınızın altına və evə günəş şüaları düşdüyü zaman, ətrafa bir göz gəzdirin. Sizdə havada uçan toz dənəciklərini görürsünüz?

Keçən ay ” Environmental Science and Technology” adlı elmi jurnalda yayımlanan bir araşdırmaya görə, ev tozları maddələr mübadiləsini ciddi nisbətdə yavaşladır. Bədəndəki yağ hüceyrələrinin böyüməsinə gətirib çıxarır. Duke Universiteti araşdırmaçılarından Dr. Heather Stapleton, ev tozlarının bədənimizdəki PPAR-qamma zülalını aktiv etdiyini, bunun isə yağ hüceyrələrinin böyüməsinə səbəb olduğunu açıqlayıb.

Stapleton, “Müxtəlif yaşam tərzləri olan çox sayda ailədən ev tozları yığaraq, eyni testləri tətbiq etdik. Aydın oldu ki, evlərində heyvan saxlayıb-saxlamamağından, uşaqlı ya da uşaqsız olmağından, evə ayaqqabı girilib girilməməsindən asılı olmayaraq nəticə eynidir”. Buna görə də, mümkün qədər evi çox havalandırmaq, ev təmizliyini vaxtında etmək lazımdır.

Buna da baxın

Az büdcə ilə evinizi dizayn edin

Whatsapp ilə Paylaş Tərzinizi əks etdirən divarlar, ruhunuzu rahataldacaq işıqlar, fərqli yastıq üzləri… Zövqünüzə görə …