Əsas səhifə / Əsas menu / Pəhriz / Sizi sağlam arıqladacaq dadlı içki
Bizi mobildən daha sürətli  izləyin

Sizi sağlam arıqladacaq dadlı içki

Sizi sağlam arıqladacaq dadlı içki

tomatojuice

Sağlam arıqlamaq üçün ilk növbədə rejimlə qidalanmaqdır. Pis qidalanma vərdişlərindən uzaq durub maddələr mübadilənizi sürətləndirəcək qidalar yeməyi də unutmayın.

Qışda arıqlamaqda çətinlik çəkirsiz, acdığınızda yüksək kalorili qidalar yeyirsiz. İdmana isə heç həvəsiniz yoxdur. Qış artıq qapıdadır və evdə keçirilən hərəkətsiz zamanlar başlayacaq. Həm yanlış qidalanıb, həm də idman etmədiyiniz bu dövrdə yediklərinizə xüsusi diqqət yetirməli, zərərli vərdişlərinizi faydalı vərdişlərlə əvəz etməlisiz. Cola, qazlı içikiləri həyatınızdan çıxarın. Bəs bu zərərli içkilərin yerinə nə qoysaq daha yaxşı olar?

Sağlamlığınıza möcüzəvi faydası olan bir içki kəşf edin: istiotlu pomidor suyu. Qışda hər gün pomidor suyu için, immunitetiniz güclənsin, maddələr mübadiləniz sürətlənisin və asanlıqla arıqlayın.

Pomidor hansı vitaminlərlə zəngindir?

Pomidor C, E vitaminləri ilə zəngin bir tərəvəzdir. Tərkibində olan və ona qırmızı rəng verən likopen maddəsi bir çox xərçəng növlərinə qarşı insanları qoruyur. Hər gün müntəzəm olaraq pomidor suyu içdiyinizdə pis xolesterol aşağı düşər, sizi uzun müddət tox tutar və asanlıqla arıqlaya bilərsiz.

Pomidor suyunu necə içməli?

Pomidor suyuna bir az da istiot qatsanız, maddələr mübadiləniz sürətlənər, həzminiz rahatalanar və acmazsız. Gündə 1-2 stəkan, xüsusən də ara yeməklərində için. Pomidor suyu sayəsində özünüzü həm də enerjili hiss edəcəksiz.


Buna da baxın

Yatarkən belə arıqladan içki

Whatsapp ilə Paylaş Artıq havaların isinməsi  ilə artıq çəkilərdən xilas olmaq da şərt oldu.   …