Əsas səhifə / Manşet / Snikers tortu
Bizi mobildən daha sürətli  izləyin

Snikers tortu

Tərkibi:

  • ¼ stəkan (57 qr) kərə yağı
  • 2 yumurta
  • 1 ç/qaşığı vanil
  • 1 st (236 ml) süd
  • 1.5 st (300 qr) şəkər tozu
  • 167 qr un
  • 10 qr qabartma tozu
  • ¾ st kakao
  • Bir çimdik duz

Krem üçün:

  • 397 qr qatılaşdırılmış süd (qaynadılmış)
  • 2 st (250 qr) şəkər pudrası
  • 2 st (453 qr) kərə yağı
  • 60 qr kakao
  • Bir çimdik duz
  • 1 ç/qaşığı vanil

Üzəri üçün:

  • 175 qr zefir kremi (marshmallow cream)
  • 100 qr duzlu fıstıq
  • 118 ml karamel sousu
  • Snikers şokoladı

Hazırlanması:

Yumurta, süd, vanil və otaq temperaturunda yumşaldılmış kərə yağını qarışdırın. Daha sonra şəkər tozu və duz əlavə edərək bir qədər də qarışdırın. Un, kakao və qabartma tozunu qarışdırın. Əvvəlcədən hazırladığınız qarışıma unu ələkdən keçirərək əlavə edərək qarışdırmağa davam edin. İki bərabər ölçülü siniyə yağlı kağız sərin. Hazırladığınız xəmiri iki bərabər hissəyə bölərək, siniyə əlavə edin. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada 30 dəqiqə bişirin. Biskvitlər soyuduqdan sonra nazik formada üzərini kəsin. Daha sonra hazırladığınız kremi üzərinə çəkin. Kremin üzərinə isə zefir kremini (marshmallow cream) çəkin. Kənarını krem torbası vasitəsilə əhatəli şəkildə kremləyərək mərkəzinə fıstıqlı sousu tökün. Digər biskviti üzərinə qoyaraq qalan kremi üzərinə və kənarlarına çəkin. Üzərini snikers şokoladları ilə bəzəyərək servis edə bilərsiniz.

Kremin hazırlanması:

Otaq temperaturunda yumşaldılmış kərə yağı, vanil, duz, qatılaşdırılmış süd, kakao və şəkər pudrasını qarışdıraraq krem əldə edirik. Hazır kremi soyuducuda gözlədirik.

Üzəri üçün sous:

Karamel sousuna fıstığı əlavə edib qarışdırın.

Nuş olsun!