Əsas səhifə / Manşet / Sobada badımcan kababı
Bizi mobildən daha sürətli  izləyin

Sobada badımcan kababı

Tərkibi:

  • 3 ədəd badımcan
  • Yarım kq. orta yağlı qıyma
  • 1 ədəd soğan
  • 1 çay qaşığı duz
  • Yarım çay qaşığı qara istiot
  • 1 çay qaşığı pul bibər
  • 1 yemək qaşığı duru yağ
  • 1 yemək qaşığı tomat
  • 2-3 ədəd pomidor
  • 6-7 diş sarımsaq
  • 5-6 ədəd çarliston bibər

Badımcanların acılığını almaq üçün suya 1 çay qaşığı duz əlavə edirik.

Hazırlanması:

Badımcanları halqavari formada doğruyub, duzlu suda 30 dəqiqə acılığının çıxması üçün gözlədirik. Qiymənin üzərinə ədviyyatları əlavə edib, qarışdırdıqdan sonra soyuducuda 30 dəqiqə gözlədirik. Daha sonra kiçik kotletlər hazırlayırıq. Sonra badımcanların üzərinə hazırladığımız kotletləri düzərək, bişirəcəyiniz soba sinisi boyunca (şişə düzülən formada) yerləşdiririk. Sıralama bir badımcan bir kotlet ardıcıllığı ilə sinin sonuna kimi davam etdirilir. Qaba tam formada yerləşdirilsə, bişərkən forması dəyişməz.

Üzəri üçün sous:

Tomat, qara istiot və duzu qarışdırırıq. Üzərinə 1 su stəkanı isti su əlavə edirik. Daha sonra duru yağı əlavə edərək qarışdırırıq. Küftə və badımcanların üzərinə gəzdirib, zövqə görə bir iki dilim pomidor, çarliston bibəri düzüb, bir neçə diş sarımsaq səpirik. Sobada 200 dərəcədə 45 dəqiqə bişirik.

Nuş olsun!

Buna da baxın

Qozlu badımcan qəlyanlatısı – Resept

Whatsapp ilə Paylaş Badımcanla hazırlanan həm isti, həm də soyuq təamlar bir çoxumuzun sevimli yeməklərimizdəndir. Qadınklubu.com xanımlara …