Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Sobada çörək dilimləri – RESEPT
Bizi mobildən daha sürətli  izləyin

Sobada çörək dilimləri – RESEPT

j

Ərzaqlar:

4 dilim tam buğda çörəyi
4 ədəd göbələk (göbələklərin daha çox bişməsini istəsəniz, zeytun yağında azca qızartdıqdan sonra istifadə edin).
2 yemək qaşığı zeytun yağı
1/4 çay qaşığı təzə üyüdülmüş istiot
1/4 çay qaşığı duz
1 çay qaşığı kəklikotu
2 yemək qaşığı dilim-dilim doğranmış qara zeytun
8 ədəd çerri pomidoru
1 stəkan rəndələnmiş holland pendiri
zövqə görə cəfəri

Hazırlanmması:

Göbələkləri və təmizlənmiş cəfəri yarpaqlarını nazik-nazik doğrayın. Çerri pomidorlarını ortadan iki hissəyə bölün. Doğranmış göbələk və qara zeytunları, zeytun yağını duz, kəklikotu və təzə çəkilmiş istiot ilə qarışdırın. Hazırladığınız göbələkli qarışığı çörək dilimlərinin üzərinə yayıb pomidorları yerləşdirin.

Tavaya yağlı kağız sərib çörək dilimlərini düzün. Əvvəlcədən isidilmiş 200 dərəcə sobada 10 dəqiqə bişirin. Qızarmağa başlayan çörək dilimləri üzərinə rəndələnmiş holland pendiri töküb yenə eyni temperaturda 10 dəqiqəyə qədər bişirin. Bişirmə prosesinin sonunda sobadan çıxardığınız çörək dilimlərinin üstünə cəfəri yarpaqlarını töküb süfrəyə verin.

Publika.az