Əsas səhifə / Manşet / Sobada kələmli peraşki
Bizi mobildən daha sürətli  izləyin

Sobada kələmli peraşki

Tərkibi:

  • 1 çay qaşığı duz
  • 2 stəkan un
  • ¼ stəkan duru yağ

İçlik üçün:

  • 50 qr kələm
  • 2 soğan

Maya üçün:

Yarım stəkan ilıq su

  • 1 ç/qaşığı maya
  • 1 ç/qaşığı şəkər tozu
  • 2 çay qaşığı un

Üzəri üçün:

  • 1 yumurta
  • 2 x/qaşığı su və ya duru yağ

Hazırlanması:

Yarım stəkan suda maya, şəkər tozu və unu əlavə edib, bir maddə halına gələnə qədər qarışdırırıq. Daha sonra üzərinə stəkan tam dolana qədər isti su əlavə edib, 15 dəqiqə gözlədirik. 2 stəkan una 1 çay qaşışı duz əlavə edib, qarışdırırıq. Daha sonra hazırladığımız mayanı əlavə edib, yumşaq xəmir yoğuraraq mayalanması üçün dəqiqə gözlədirik. Yumşaq olması üçün ¼ stəkan duru yağı az-az əlavə edərək yoğurmağa davam edirik. Yumşaq xəmir əldə etdikdən sonra mayalanması üçün üzərini örtüb isti yerə qoyuruq. Kələmi incə-incə doğrayıb, üzərinə isti su əlavə edirik. 10-15 dəqiqə yumşalmasını gözlədikdən sonra, suyunu süzürük. Suyu süzülmüş kələmi əlimizlə sıxaraq bir qaba yığırıq. Soğanları incə doğrayırıq. Tavaya bir qədər duru yağ əlavə edib, üzərinə soğanı əlavə edib qovururuq. Daha sonra kələmi də əlavə edib qovururuq. Xəmiri kiçik hissələrə bölüb üzərini örtüb 10-15 dəqiqə gözlədirik. Xəmirləri yayıb içlik əlavə edib bükürük. Siniyə düzüb üzərini örtərək 20 dəqiqə gözlədirik. Daha sonra 1 yumurta ilə 2 xörək qaşığı isti su ilə qarışdıraraq, peraşkilərin üzərinə çəkirik. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada bişiririk.

Nuş olsun!

Buna da baxın

Şokoladlı ürək pirojnası

Whatsapp ilə PaylaşTərkibi: 2 yumurta 160 qr şəkər tozu 10 qr vanil 100 qr kərə …