Əsas səhifə / Manşet / Sobadakı yağları silmək bu qədər asan olmamışdı
Bizi mobildən daha sürətli  izləyin

Sobadakı yağları silmək bu qədər asan olmamışdı

Sobada, ocaq üzərində yaranan və çətin silinən yağ ləkələri üçün çarə axtarırsınızsa, bu məlumat sizlər üçündür. Artıq mağazadan alınan kimyəvi təmizləyicilərə ehtiyac yoxdur. Evdəki təbii ərzaqlarla da yağ ləkələrini təmizləmək üçün qarışımı özünüz hazırlaya bilərsiniz. Qadinklubu.com sizlərə karbonat sirkənin möcüzəvi təsiri ilə yağ ləkələrindən xilas olmağın sadə üsulunu təqdim edir.

Lazım olanlar:

  • 1 stəkan su
  • 1/3 stəkan sirkə
  • 1/3  stəkan duz
  • Yarım stəkan karbonat(soda)

Hazırlanması və tətbiqi:

Bütün vəsaitləri uyğun bir qabda  qarışdırın.  Əldə etdiyiniz məhlulu  yağlı bölgəyə diş məcunu  köməyi ilə  yayın. Bu bölgə soba xaricində yağ tutmuş bölgələr də ola bilər. Yağlı bölgələrə yaydıqdan sonra  2 dəqiqə gözlədin. Yağların qabardığının şahidi olacaqsınız. Daha sonra ilıq su və bez vasitəsilə  yağlı bölgəni təmizləyin. Karbonatlı qarışıq ilə yağ ləkələrindən xilas olmaq bu qədər asandır.

Buna da baxın

Saç tökülməsinə səbəb olan 9 səhv

Whatsapp ilə Paylaş Sağlam saçlar qadın kişi fərq etməz hərkəs üçün çox əhəmiyyətlidir. Buna görədə …