Əsas səhifə / Manşet / Soçi paxlavasının hazırlanması
Bizi mobildən daha sürətli  izləyin

Soçi paxlavasının hazırlanması

IMG-20160315-WA0005

Tərkibi:

3 stəkan un

200 qr kərə yağı

2 yumurta sarısı

200 qr xama

1 ç/qaşığı soda

3 x/qaşığı şəkər tozu

1 paket qabartma tozu

1 paket vanil

İçlik üçün:

300 qr qoz

Beze  üçün:

3 yumurta ağı

200 qr şəkər tozu

Bir çimdik duz

Üzəri üçün:

1 yumurta sarısı

Şəkər pudrası

Hazırlanması: Otaq temperaturunda yumşaldılmış yağla unu əl ilə (umac) ovuruq. Yumurtaların ağını sarısından ayırırıq. İki yumurtanın sarısını una əlavə edirik. Sodanı da  xamaya qarışdıraraq xəmirə əlavə edirik. Daha sonra şəkər tozu, qabartma tozu və vanili də əlavə edərək xəmir yoğuraraq soyuducuda 30-40 dəqiqə saxlayırıq.  3 yumurta ağına bir çimdik duz və şəkər tozunu əlavə edərək qarışdıraraq beze hazırlayırıq.

Xəmiri soyuducudan çıxarıb 3 hissəyə bölürük. Sinini yağlayaraq ilk yuxanı  yayaraq üzərinə beze yayırıq. Üzərinə qozu səpirik. Daha sonra digər yuxanı da eyni qayda ilə əlavə edirik. Sonra bıçağı bir qədər yağlayaraq romb şəklində kəsirik. Üzərinə yumurta sarını yayırıq.  Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada 40-45 dəqiqə bişiririk. Hazır olduqdan sonra üzərinə şəkər pudrası səpərək servis edə bilərsiniz.

İçliyin hazırlanması: qozu xırdalayın. İstəsəniz  zövqə görə qozu bezeyə də əlavə edə bilərsiniz . Bu reseptdə beze ilə qoz ayrı-ayrı istifadə olunacaq.

Nuş olsun!

P.S -reseptə görə Təranə xanıma sonsuz təşəkkürlər!