Əsas səhifə / Manşet / Soğan doldurması
Bizi mobildən daha sürətli  izləyin

Soğan doldurması

dTərkibi:

(6 nəfərlik):
3 ədəd böyük soğan
Qoyun ətindən qiymə – 200 qram
Yumurta – 1 ədəd
Parmezan – 2 x. q.
Cəfəri – 1 dəstə
Kərə yağı- 1 x. q.
Duz, istiot, acı sous (zövqə görə)

Hazırlanma qaydası:

• Soğan qabıqdan təmizlənir və duzlu suda 15 dəqiqə qaynadılır. Sonra soğanlar ortadan yarı bölünür və içi çıxardılır. Soğanın içi xırda doğranır.

• Qiymə və xırda doğranmış soğanlar kərə yağında qızardılır, duz, istiot vurulur.

• Yumurta çalınır və ətə qatılır, üzərinə parmezan və doğranmış cəfəri əlavə edilib yaxşıca qarışıdırılır.

• Soğanlar hazırlanmış qiymə ilə doldurulur və yağlanmış tavaya düzülüb 180-200 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirilir.

• Hazır olduqdan sonra üzərinə cəfərinin qalan hissəsi və istənilən acı sous əlavə edilib süfrəyə verilir.