Əsas səhifə / Əsas menu / Gözəllik / Soğan suyu möcüzəsi
Bizi mobildən daha sürətli  izləyin

Soğan suyu möcüzəsi

so]an suyu
Saçlarını sürətli və təbii üsullarda uzatmaq istəyənlər üçün Qadinklubu.com ən asan üsulu təqdim edir.

Saçlarınızın tez uzanmasını istəyirsinizsə, soğan suyunun möcüzəvi təsirindən faydalana bilərsiniz.

Soğan heç bir yan təsir, ya da allergiyaya yol açmadan saçların uzanmasını təmin edir. Bir çoxları soğan suyuyla saçı uzatmaq üsuluna real baxmasa da amma bu üsulun effeki qısa zamanda hiss edilir.

Saçı uzanmasından başqa eyni zamanda saç tökülməsinin də qarşısını alır. Soğan suyunu saçın diblərinə masaj hərəkətləri ilə tətbiq edin. Həm saç tökülməsinin, həm də saçların vaxtından tez ağarmasının qarşısını alacaqdır.
Soğanın tərkibindəki  bol miqdardakı sulfid, soğan suyu baş dərisinə sürtüldüyündə qan dövranını sürətləndirir və saçların uzanması üçün lazım olan kolajen toxumalarının istehsalını artırır. Sulfidin anti-bakterial xüsusiyyəti ilə göbələk və bakteriya meydana gəlməsinin qarşısnı alır.

Soğan Suyu necə istifadə olunar?

Soğanı blendrdə və ya doğrayıcıda əzərək suyunu sıxaraq suyunu çıxarın. Daha sonra soğan suyunu masaj hərəkətləri ilə əvvəl saç diblərinə daha sonra isə bütün saçlarınıza yayın. Saçınızı bağlayaraq 30 dəqiqə gözlədin. Əgər qoxusu sizi narahat etmirsə yarım saatdan çox bir vaxt da saxlaya bilərsiniz.  Soğanın qoxusunu qismən azaltmaq üçün bir qədər balla da qarışdıra bilərsiniz. Bu proseduru həftədə ən az iki dəfə tətbiq edin. Ümumi müddət isə iki ay davam etməlidir. İki aydan sonra fərq ediləcək dərəcədə saçlarınızın uzandığının şahidi olacaqsınız.