Əsas səhifə / Əsas menu / Sağlamlıq / Alternativ tibb / Soğanın bilmədiyimiz faydaları
Bizi mobildən daha sürətli  izləyin

Soğanın bilmədiyimiz faydaları

Fresh bulbs of onion

Soğan varsa dərmanlara ehtiyac yoxdur.  Qadınklubu.com olaraq bu dəfə soğanın faydaları və kürüsünün hazırlanması barədə məlumatları təqdim edirik.

Soğan uşaqlığın miyoması, yumurtalıqda kista, xoşxassəli prostat şişi, tükün dəridə çevrilməsi, hamiləlik, menepoz və digər xəstəliklər və narahatlıqlar zamanı istifadə olunan bitkidir.

 Mətbəxdə daha çox yemək bişirərkən istifadə etdiyimiz bitkinin tərkibində A, B və C vitamini, yod, fosfor, kükürd kimi maddələr var. Həmçinin antibiotik rolunu da oynayır, həzmi rahatlaşdırır. Soğandan çox istifadə edən ölkələrdə xərçəng xəstəliyinin daha az olduğu məlum olub. Evinizdə təzə soğan kürünü hazırlayıb 15 gün müddətində davamlı olaraq istifadə edib xəstəliyinizə çarə tapa bilərsiniz.

Bir ədəd açıq qəhvəyi rəngli, qabığı quru olan soğanı və 2 stəkan xlorsuz suyu götürün. Qabıqları qırmızı, bənövşəyi və ya ağ olan soğandan istifadə etməyin. İstifadə edəcəyiniz yeməklərə qatdığınız quru soğandır. Soğanı kök və qabığıyla birlikdə  əvvəlcədən yuyub sirkəli suyun içində bir müddət saxlayın. Bu formada dizenfeksiya olmasını təmin edəcəksiniz. Suyu bir qaba töküb sobanın üstündə qaynadın. Qaynadıqdan sonra quru soğanı dörd hissəyə bölərək suya  tökün. Təxmini beş dəqiqə qaynadıb kürü halına gətirə bilərsiniz. İlıq olduqdan sonra istifadə edə bilərsiniz.

Qeyd edək ki, soğandan 15 gün ərzində salatda və ya yeyərək də faydalana bilərsiniz.

Buna da baxın

Dırnaq yemək vərdişinin Səbəbləri və həlli

Whatsapp ilə Paylaş Ümumiyyətlə uşaqlarda 3-4 yaşlarından etibarən görülə bilən dırnaq yemə davranışı, yetkin insanlarda …