Bizi mobildən daha sürətli  izləyin

Soğanlı pizza resepti

pisoo

Ləvazimatlar

  • 2 stəkan un
  • 1 stəkan ilıq süd
  • yarım çay qaşığı quru maya
  • duz
  • 1 ədəd orta ölçülü soğan
  • 1 xörək qaşığı yağ
  • Holland pendiri

Hazırlanması

Əvvəlcə unun ortasını açıb, maya, duz və ilıq südü əlavə edirik. Yoğurub ələ yapışan bir xəmir əldə edirik və onun mayalanmasını gözləyirik. Soğanı halqa-halqa və ya yarım ay şəklində doğrayıb, 1 xörək qaşığı yağda çox da ölmədən qızardırıq. İstəsəniz pul bibər və digər ədviyyatlar da əlavə edə bilərsiniz. Mayalanan xəmirdən bir kündə götürüb incə və sobanın qabı böyüklüyündə açırıq, kənarlarını qatlayıb rəndələnmiş holland pendirini, daha sonra soğanları xəmirin üzərinə səpirik. 250 dərəcəli
sobada bişiririk.
Nuş olsun!
Qadinklubu.com

Buna da baxın

Göbələk şorbası

Whatsapp ilə PaylaşTərkibi 8-9 ədəd göbələk 1 ədəd kiçik soğan 1 su stəkanı süd 1 …