Əsas səhifə / Manşet / Şokaladlı hörgü çörəyin hazırlanması
Bizi mobildən daha sürətli  izləyin

Şokaladlı hörgü çörəyin hazırlanması

Tərkibi:

  • 1 su stəkanı ilıq süd (200ml)
  • 2 ədəd yumurta
  • 50 qr kərə yağı
  • Yarım su stəkanı şəkər pudrası
  • Yarım paket (5gr) quru maya
  • 5 – 5.5 su stəkanı qədər un
  • Şokalad yağı

Hazırlanması:

İlıq südə maya və 1 çay qaşığı toz şəkəri əlavə edib, qarışdırırıq. Əriyib südlə bir maddə halına gələnə qədər qarışdırmağa davam edirik. Başqa bir qabda yumurta və şəkər pudrasını ağarana qədər çırpırıq. Kərə yağını və daha əvvəl hazırladığımız, südlə mayanı əlavə edərək, qarışdırmağa davam edirik. Unu əlavə edib, yumuşaq xəmir yoğurduqdan sonra, üzərini bağlayıb mayalanmağa qoyuruq. Xəmir mayalandıqdan sonra iki yerə bölüb yayırıq. Lavaşın üzərinə şokalad yağı çəkirik. Üzərinə xırdalanmış fındıq səpib bükürük. Uzun formada olan bükülmüş lavaşın bir hissəsi qalmaq şərtilə, iki hissəyə bölürük. Daha sonra bu hissələri hörük formada bir-birinə dolayıb, üzərinə yumurta sarısı çəkərək, kalka sərilmiş siniyə qoyaraq, 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişiririk.

Nuş olsun!