Əsas səhifə / Manşet / Şokoladlı kinder tortu
Bizi mobildən daha sürətli  izləyin

Şokoladlı kinder tortu

Tərkibi:

  • 4 yumurta
  • 175 qr un
  • 225 qr şəkər pudrası
  • 225 qr kərə yağı
  • 50 qr kakao
  • 1 x/qaşığı isti su

Krem üçün:

  • 400 qr qaymaq 35%-li
  • 300 qr şokolad yağı
  • 4 paket şokoladlı vafli

Qlazur:

  • 120 qr şəkər tozu
  • 40 qr kakao
  • 125 ml su
  • 60 qr kərə yağı

Hazırlanması:

Otaq temperaturunda yumşalmış yağı qarışdırırıq. Üzərinə pudra şəkəri əlavə edib, qarışdırmağa davam edirik. Daha sonra tək-tək yumurtaları əlavə edərək qarışdırırıq. Unla kakaonu qarışdırdıqdan sonra qarışıma əlavə edib, əvvəl qaşıq, daha sonra isə mikserlə qarışdırırıq. Bir qədər isti su əlavə edib, qarışdırdıqdan sonra siniyə əlavə edirik. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada 40-50 dəqiqə bişiririk. Bişdikdən sonra dəmir setka üzərinə qoyub yağlı kağızı çıxarırıq. Daha sonra biskiviti 3 bərabər hissəyə bölürük.

Krem:

Qaymağı qarışdırırıq. Şokolad yağını əlavə edib qarışdırırıq. Daha sonra şokoladlı vafliləri əlavə edərək qarışdırırıq. Biskivitin üzərinə şəkərli sirop(şəkərlə suyu qarışdıraraq əldə edilir) çəkirik. Daha sonra kremləyirik. Digər biskivitləri də eyni qayda ilə düzürük.

Qlazur:

Şəkər tozu ilə kakaonu qarışdırıb üzərinə su əlavə edirik. 5-6 dəqiqə ocaqda qarışdıraraq bişiririk. Bişməyinə az qalmış kərə yağını əlavə edib qarışdırırıq. Qlazur hazır olduqdan sonra otaq temperaturunda bir qədər soyumasını gözləyirik. Sonra tortun üzərinə çəkirik. 1-2 saat soyuducuda saxladıqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Mimoza tortu

Whatsapp ilə PaylaşTərkibi: (Eyni miqdarda ərzaqla 2 biskvit hazırlayın) 4 yumurta 125 qr un 125 …