Əsas səhifə / Manşet / Şokaladlı peçenye resepti
Bizi mobildən daha sürətli  izləyin

Şokaladlı peçenye resepti

p

Tərkibi:

200 qr kərə yağı (otaq istiliyində)
200 qr şəkəri tozu
200 qr üyüdülmüş fındıq unu (hazır fındığı da üyüdərək əldə etmək olar)
200 qr un
Krem:
Nutella şokoladı

Hazırlanması:

Şəkər tozu və kərəyağını şəkər tozu əriyənə qədər çırpın. Daha sonra fındıq unu və unu əlavə edərək, bərk xəmir halına gələnə qədər qarışdırın. Fındıqdan bir az böyük yumrular düzəldin və ovucunuzda yayaraq forma verin.
Əvvəlcədən 170 dərəcədə qızdırılmış sobada yüngül qızarana qədər 10-15 dəqiqə bişirin(üzəri çartlamalıdır). Sobadan çıxarandan sonra soyumağa qoyun. Peçenyenenin yastı qisminə kremi çəkib, digər peçenye ilə üzərini örtün. Bütün peçenyeleri eyni tətbiqlə hazırlayın.

Nuş olsun!