Əsas səhifə / Manşet / Şokaladlı qurabiyə
Bizi mobildən daha sürətli  izləyin

Şokaladlı qurabiyə

Tərkibi:

  • 500qr – kərə yağı
  • 200q – şəkər tozu
  • 1 qab – qatılaşdırılmış süd (370 q)
  • 300 qr- damla şokalad
  • 3 stəkan- özü qabaran un

Özü qabaran unun hazırlanması

Satışda şirniyyatlar üçün nəzərdə tutulan qatqısız qabaran unlar (Self-Rising flour) vardır, hansı ki tərbkibində %8-9 nisbətində proteinə sahibdir. Bundan əlavə unun tərkibində qabartma tozu və duz da vardır. Amma bu unun müsbət cəhətləri ilə yanaşı mənfi cəhəti də vardır. Çünki, bu un istifadə edilmədən uzun müddət saxlanılarsa, tərkibindəki qabartma tozu öz effektini itirər və gözlənilən nəticəni əldə edə bilməzsiniz. Məhz ona görə də çox seçim edilən un sırasında deyil. Amma bu unu özünüz də hazırlaya bilərsiniz. Əgər bu unu özünüz hazırlamaq istəyirsinizsə, elə isə qadinklubu.com-un təqdim etdiyi reseptdən faydalana bilərsiniz.

Tərkibi:

  • 1 su stəkanı (136 gram) un
  • 1 + 1/2 çay kaşığı (7,5 gram) kabartma tozu
  • 1/2 çay qaşığı (3,5) duz

Hazırlanması:

Sadalanan ərzaqları qarışdırın. Artıq özü qabaran ununuz hazırdır.

Qurabiyənin hazırlanması: Birqabda otaq temperaturunda yumşalmış kərə yağını, şəkər tozunu əlavə edərək mikserlə çırpın. Daha sonra qatılaşdırılmış süd, özü qabaran unu və şokalad hissəciklərini əlavə edərək qarışdırın. Hazırladığınız xəmiri kiçik hissəciklərə ayırıb oval şəkildə qurabiyələr hazırlayıb, əvvəlcədən 180 dərəcədə isidilmiş sobada 15 dəqiqə bişirin.

Nuş olsun!

Buna da baxın

Qarpız peçenyesi

Whatsapp ilə PaylaşTərkibi: ¾ fincan kərə yağı ¾ fincan şəkər tozu 1 yumurta ½ qaşıq …