Əsas səhifə / Əsas menu / Sağlamlıq / Şokolad böhranın həlli keçibuynuzu
Bizi mobildən daha sürətli  izləyin

Şokolad böhranın həlli keçibuynuzu

axŞokolad böhranına həlli keçibuynuzu

Şokolad xüsusilə qadınların imtina edə bilmdiyi bir qidadır. Mütəxəssislər məsləhət görür ki, şokolad yerinə keçibuynuzu yemək lazımdır.

“Keçibuynuzu lifinə 24 polifenolik maddə daxildir, bunlardan 26 %-i flavonoidlərdir. Flavonoiddə çox güclü antioksidan xüsusiyyət göstərən bitki mənşəli əsaslı birləşmələr var. Keçibuynuzu eyni zamanda diqqətə çarpan miqdarda antioksidan mürəkkəblər olan kuersetin və mirisetin daxildir. 1 ədəd orta / böyük boy keçiboynuzu təxminən 31 kaloridir.

Keçibuynuzunda qallik turşusu tərkibi var. O da analjezik, antibakterial, antiallergik, antivirus, antioksidan və antiseptik xüsusiyyət göstərir. Qallik turşu uşaqlarda uşaq iflicinə qarşısını almaqda və müalicədə təsirlidir. Keçibuynuzu həzmi nizamlar və qandakı xolesterol səviyyəsini aşağı salır. Həm uşaq həm də yetkinlərdə 15-20 qrama qədər keçiboynuzu ishal müalicəsində istifadə olunur.

Keçibuynuzu kafein ehtiva etmədiyi üçün yüksək təzyiqi olan fərdlər tərəfindən istifadə edilə bilər. Keçiboynuzunun müntəzəm istifadə ağciyər xərçəngini qarşısını almaqda kömək edir. E vitamini məzmunu ilə öskürək, qrip, anemiya və osteoklazi müalicəsində köməkçi olur. Fosfor və kalsium zənginliyi səbəbiylə osteoporoza (sümük əriməsi) qarşı mübarizə aparır.

Keçiboynuzu arıqlmağa kömək edir

Keçiboynuzu şokolada qarşı süd ehtiva etməyən bir alternativ olaraq laktoza dözümsüzlük və ya süd allergiyası olanlara üçün istifadə edilir. Şokolada görə yağ, kalori və kofedən aşağıdır, arıqlamağa kömək edir.

Keçibuynuzu təbii olaraq şirindir, şokolad kimi əlavə şəkər əlavəsi deyildir. Keçibuynuzu toxumlarından əldə edilən tragasol adlı yapışqan bənzəri maddə soba məmulatları, dondurma, jele, mürəbbələr, salat sousları, pendir, konserv ətlər ət məhsulları, xardal və digər qida məhsullarında bir stabilizator ya da qatılaşdırıcı maddə olaraq istifadə edilə bilər. Keçiboynuzu tozu kakao tozu və ya şokolad yerinə keks, peçenye və ya şirniyatlarda istifadə edilə bilər. İsti içkilər qəhvə yerinə keçibuynuzu tozu istifadə edilə bilər.


Buna da baxın

Diet haqqında bilməli olduqlarınız…

Whatsapp ilə Paylaş 1- Yumurta xolesterol baxımından zərərlidirmi? Dietoloqları verdikləri məlumata görə, çox kalorili oduğuna …