Əsas səhifə / Əsas menu / Sağlamlıq / Şokolad yeməyimiz üçün – 10 SƏBƏB
Bizi mobildən daha sürətli  izləyin

Şokolad yeməyimiz üçün – 10 SƏBƏB

ss

Şokolad yeməyimiz üçün – 10 SƏBƏB

1. Ürək və qan dövranı üçün faydalıdır: Son araşdırmalara görə, bitter şokoladı ağ qan hüceyrələrinin qan damarlarına yapışmasının qarşısını alır və damarların elastikliyini bərpa edir.

2. Mineral baxımından zəngindir: Bitter şokoladı kalium, sink, silisium kimi faydalı minerallarla zəngindir. 100 qr bitter şokoladı gündəlik dəmir ehtiyacınızın 67%-ni qarşılayır.

3. İflic olma riskini azaldır: Finlandiyalı araşdırmaçılar şokoladın kişilərdə iflic olma riskini 17% azaltdığını bildiriblər.

4. Ürəktutması riskini azaldır: Kakao istifadəsinin pis xolestrini (aşağı sıxlıqlı lipoprotein) azaltdığı, yaxşı xolestrini (yüksək sıxlıqlı lipoprotein) isə artırdığı araşdırmalar nəticəsində sübuta yetirilib.

5. Çəki atmağınıza yardımçı olur: Neyro-cərrahiyəçi Uill Kloverin sözlərinə görə, yeməkdən 20 dəqiqə əvvəl kiçik dördkünc şokoladı dilinizin üzərində əritməyiniz beyinə toxluq hissi verəcək. Beləliklə yediyiniz yeməyin miqdarını azaltmış olacaqsınız.

6. Cildimiz üçün faydalıdır: Bitter şokoladındakı “flavonoid” adlı maddə cildinizi günəşin zərərli şüalarından qoruyur.

7. Diabetin qarşısını ala bilər: İnandırıcı görünməsə də, aparılan araşdırmalara görə bitter şokoladı insulin həssaslığını artırır. Məqbul miqdarda yeyildiyində şokolad diabetin qarşısını alır.

8. Analar və körpələri üçün faydalıdır: Finlandiyada aparılan araşdırmaya görə şokolad hamilə qadınlarda stresi azaldır, ana bətnindəki körpələrin isə daha çox gülümsəmələrinə səbəb olur.

9. Şokolad beynimiz üçün faydalıdır: Alimlər şokoladdakı “flavanol”ların yaşlı insanlarda yaddaş pozuqluğunu azaltdığı fikri önə sürülür. Bundan başqa bitter şokoladının “antiinflamatuer” təsirinin beyin sarsıntısı kimi yaralanmaların müalicəsində faydalı olduğu da artıq öz təsdiqini tapıb.

10. Şokolad özünüzü daha yaxşı hiss etmənizə səbəb olur: Şokoladın tərkibindəki “feniletilamin” adlı maddə özünüzü yaxşı hiss etməniz üçün “endorfin” hormonuna təsir edir.