Əsas səhifə / Manşet / Şokoladlı blinçik
Bizi mobildən daha sürətli  izləyin

Şokoladlı blinçik

Tərkibi:

  • 300 qr un
  • 2 x/qaşığı kakao
  • 150 ml su
  • 150 ml su
  • 3 yumurta
  • 50 ml duru yağ
  • 100 qr şəkər tozu
  • 1 paket vanil
  • 1 ç/qaşığı qabartma tozu
  • 1 çimdik duz

İçlik üçün:

  • 250 qr mascarpone pendiri
  • 50 qr şəkər pudrası
  • 1 x/qaşığı kakao
  • Çiyələk (zövqə görə)

Hazırlanması:

Yumurta, şəkər tozu, vanil və duzu qarışdırın. Su və südü əlavə edib qarışdırmağa davam edin. Un, kakao və qabartma tozunu qarışdırın və ələkdən keçirərək qarışıma əlavə edin. Sonda duru yağı əlavə edərək bir qədər də qarışdırın. Tavanı duru yağla yağlayın. İsti tavaya bir qaşıq xəmir əlavə edib yayın. Bişdikdən sonra çevirib digər tərəfini də çevirib bişirin. Hazır olduqdan sonra servis qabına qoyaraq üzərinə bir qədər yağ çəkin. Bu zövqə görədir. Yağlı olmasını istəmirsinizsə yağlamayın. Bütün xəmiri eyni qayda ilə bişirin. Hazırladığınız kremi blinçikin mərkəzi hissəsinə yayaraq doğradığınız çiyələkləri düzərək bükün.

İçliyin hazırlanması: pendir, kakao və şəkər pudrasını qarışdırın.

Nuş olsun

Buna da baxın

Albalılı peçenye

Whatsapp ilə Paylaş Peçenye xəmiri üçün: 1/2 paket marqarin 1 stəkanı şəkər tozu 2 stəkan …