Əsas səhifə / Manşet / Şokoladlı çubuqlar
Bizi mobildən daha sürətli  izləyin

Şokoladlı çubuqlar

Tərkibi:

  • 100 qr un
  • 2 x/qaşığı şəkər tozu
  • 2 x/qaşığı kərə yağı
  • 2 x/qaşığı süd
  • duz
  • şokolad, keşyu, kokos ovuntusu

Hazırlanması:

Unu şəkər tozu və duzla qarışdırın. Kərə yağını əlavə edib əllə qarışdırın.Südü əlavə edib qarışdırmağa davam edin. Yarım saat soyuducuda gözlədin. Yağlı kağız arasında 3 mm qalınlığında xəmiri yayın. Kənarlarını kəsdikdən sonra incə zolaqlar şəklində kəsərək yağlı kağız üzərinə düzün. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada 13-15 dəqiqə qızılı rəng alana qədər bişirin. Keşyu doğrayıcıda üyüdün. Bir qaba kokos, digər qaba üyüdülmüş qoz, bir qaba isə dekorativ bəzəkləri tökün. Su hamamında şokoladı əridin. Soyumuş çubuqları şokolada vurduqdan sonra keşyu, kokos və ya dekorativ bəzəklərlə bəzəyin. Soyuq yerdə quruduqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Pryanik resepti

Whatsapp ilə Paylaş Tərkibi: 300 ml kefir 1 st şəkər tozu 2 yumurta sarısı 1 …