Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Şokoladlı dondurma necə hazırlanır?
Bizi mobildən daha sürətli  izləyin

Şokoladlı dondurma necə hazırlanır?

yyŞokoladlı dondurma necə hazırlanır?

Əziz xanımlar artıq havaların istiləndiyi bir dövrdə sizə dondurma resepti təqdim edirik.

Tərkibi:

300 qram süzmə qatıq

200 qram pudra şəkəri

1 yemək qaşığı kakao

200 ml. soyuq maye krem

1 çay qaşığı toz səhləb

90 qram bitter şokolad

Servis üçün

1/2 su stəkanı incə çəkilmiş püstə (fındıq ya da qoz içi)

Hazırlanması:

Xırda dənəli pudra şəkəri və süzmə qatığı dərin bir qabda pudra şəkəri tamamilə əriyənə qədər çırpın. Soyuq vəziyyətdə olan maye kremi ayrı qaba qoyun. Mikser köməyiylə, yüksək dövrdə çırpın. Bitter şokoladı kiçik parçalar halına gətirin, arzuya görə rəndələyin. Kremi çırpılmış qatığa qatıb kakao və toz səhləbi əlavə edin. Bütün vəsaiti orta dövrdə qarışdırmağa davam edin.

Baton bir keks qəlibi ya da yumru geniş bir kasanın hamısını steç ilə örtün. Dondurma qarışığını onun içinə qoyun və streçlə örtərək dərin dondurucuda ən az 8-10 saat qədər gözlədin. Dondurma toplarını kasalara aldıqda sonra iri çəkilmiş püstə əlavəsiylə sevdiklərinizlə paylaşın.


Buna da baxın

Axşam 8-dən sonra əsla bunları yeməyin!

Whatsapp ilə PaylaşAxşam 8-dən sonra əsla bunları yeməyin! Axşam saatlarında yediyiniz yeməklərin hamısı yuxu nizamınıza …