Bizi mobildən daha sürətli  izləyin

Şokoladlı donut

ChocolateDonuts21-thumb-596x350-328988

Şokoladlı donut

Tərkibi:

-2 ədəd yumurta
-1 yemək qaşığı kərə yağı
-1 stəkan süd
-2 ədəd qabartma tozu
-1 su stəkanı şəkər toz
-1 ədəd vanil
-Kifayət qədər un

Üstünü bəzəmək üçün:

-100 qram şokolad

Hazırlanması:

Unu dərin bir qaba tökün. Qabartma tozu, şəkər tozu, süd, günəbaxan yağı, yumurta və darçını una əlavə edib yoğurun. Xəmirdən kiçik kündələr qoparıb əlinizdə yumrulayın və xəmiri nimçəyə yerləşdirin. Üzərini bir bezlə örtüb mayalanması üçün 30 dəqiqə gözləyin. Mayalanan xəmirləri, sonra əlinizlə şəkilləndirərək ortalarını kiçik yumru bir dairə ilə deşərək simit forması verin. Yağlı kağız sərdiyiniz soba sinisinə düzün. Əvvəldən isidilmiş 180 C dərəcədə sobada 20 dəq. bişirin.

Üzəri üçün şokoladı əridin. Sobadan çıxardığınız donutlar soyuyarkən əriyən şokolada batırıb, üzərini zövqünüzə görə bəziyə bilərsiniz.

Nuş Olsun!

Buna da baxın

Şokoladın qoxusu immuniteti artırır

Whatsapp ilə Paylaş Alimlər şokoladın daha bir faydalı xüsusiyyətindən danışıblar. Qadınklubu.com xarici mətbuata istinadən məlumat …