Əsas səhifə / Manşet / Şokoladlı ekler pirojnası
Bizi mobildən daha sürətli  izləyin

Şokoladlı ekler pirojnası

Tərkibi:

  • 150 qr un
  • 100 qr kərə yağı (və ya marqarin)
  • 25 ml su
  • 4-5 yumurta
  • 1 çimdik duz

Krem üçün:

  • 2 yumurta
  • 1 qab qatılaşdırılmış süd (370 qr)
  • 370 qr süd
  • 25-30 qr kərə yağı
  • Qlazur üçün:
  • 200 qr şokolad
  • 60 qr kərə yağı

Hazırlanması:

  1. 4 yumurtanı çırpırıq.
  2. Qazana kərə yağı, duz və suyu əlavə edərək ocaqa qoyub yağ və duz əriyənə qədər gözləyirik.
  3. Ocaqdan götürdükdən sonra isti yağa unu əlavə edib tez-tez təxminən 2-3 dəqiqə qarışdırırıq.
  4. Yenidən ocaqa qoyub tez-tez qarışdıraraq suyun xəmirin tərkibindən buxarlanmasını təmin edirik.
  5. Xəmir yapışmağa başladığından ocaqdan götürüb qarışdıraraq soyumasını təmin edirik.
  6. Bir az soyuduqdan sonra tək-tək yumurtaları əlavə edərək qarışdırırıq.
  7. Xəmir yumşaq yapışmayan həddə çatdığından sonuncu yumurtanı ayrıca qabda çırparaq yarısını xəmirə əlavə edib qarışdırırıq.
  8. Hazır xəmiri krem şprisinə dolduraraq yağlı kağız üzərində uzunsov formada xəmiri düzürük(aralarında məsafə olmalıdır ki bişəndə yapışmasın).
  9. Üzərinə yumurta sürtüb çəngəl vasitəsilə incə xətlər çəkirik.
  10. Əvvəlcədən qızdırılmış 220 dərəcəlik sobaya qoyduqdan 5 dəqiqə sonra temperaturu 190 dərəcəyə qədər azaldırıq və 30 dəqiqə bişiririk.

Kremin hazırlanması:

  1. Qazana 2 yumurta əlavə edib çırpırıq.
  2. Üzərinə qatılaşdırılmış südü əlavə edib qarıdırırıq.
  3. 370 qr südü əlavə edərək qarışdırırıq.
  4. Daha sonra 4 x qaşığı un əlavə edərək qarışdırmağa davam edirik.
  5. Məhlulu ocaqda qatılaşana qədərə qarışdıraraq bişiririk.
  6. Ocaqdan götürdükdən sonra vanil əlavə edərək bir qədər qarışdıraraq soyumasını təmin edirik.
  7. Otaq temperaturunda yumşadılmış yağı kremlə qarışdıraraq krem əldə edirik.
  8. Kremi krem paketinə dolduraraq eklerlərin mərkəzi hissəsinə doldururuq.

Qlazurun hazırlanması:

  1. Şokoladı yağla birlikdə su hamamında əridirik.
  2. Daha sonra eklerlərin üst qismini qlazura vurub servis edə bilərsiniz. Əgər qlazur istəmirsinizsə zövqə görə şəkər pudrası ilə də servis edə bilərsiniz.

Nuş olsun!