Əsas səhifə / Manşet / Şokoladlı ürək pirojnası
Bizi mobildən daha sürətli  izləyin

Şokoladlı ürək pirojnası

Tərkibi:

  • 2 yumurta
  • 160 qr şəkər tozu
  • 10 qr vanil
  • 100 qr kərə yağı
  • 60 qr un
  • 30 qr kakao
  • 0.5 qr duz
  • 100 qr şaftalı cemi (zövqə görə)

Qlazur:

  • 70 qr qara şokolad
  • 35 qr kərə yağı

Hazırlanması:

Una kakao və duz əlavə edib qarışdırın. Yumurtaya şəkər tozu və vanil əlavə edib, 5 dəqiqə qarışdırın. Əridilmiş kərə yağını əlavə edib, qarışdırmağa davam edin. Az-az unu əlavə edib qarışdırın. 26×19 sm ölçülü qəlibdə yağlı kağız üzərinə qarışımı tökün. Əvvəlcədən isidilmiş 160 dərəcəlik sobada 25 dəqiqə bişirin. Sonra soyumasını gözləyin. 10 dəqiqə sonra qəlibdən çıxarın. Yağlı kağızı çıxardıqdan sonra xüsusi qəliblərlə kəsin. Biskivitin üzərinə şaftalı cemi çəkib digər biskiviti üzərinə qoyun. Mikrodalğalı sobada şaftalı cemini bir qədər əridin. Əridilmiş cemi üst-üstə qoyduğunuz pirojnaların kənarına və üzərinə çəkin. Otaq temperaturunda soyumasını gözləyin.

Qlazurun hazırlanması:

Şokoladı su hamamında əridin. Üzərinə kərə yağını əlavə edib qarışdırın. Yağ əridikdən sonra qlazur hazırdır. Qlazuru pirojnaların üzərinə və kənarlarına çəkin. Pirojnaları şokolad bərkiyənə qədər soyuducuda saxlayın. Şokolad bərkidikdən sonra servis edə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Qarışqa yuvası

Whatsapp ilə PaylaşTərkibi: 500 qr un 250 qr kərə yağı 100 qr şəkər tozu 2 …